22 mar 10:34region

Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinə getdi

Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinə getdiErmənistan prezidenti Serj Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedib. Ermənistan prezidentini Əbu-Dabi aeroportunda BƏƏ baş nazirinin müavini, prezident məsələləri üzrə nazir Şeyx Mənsur ibn Zayd əl-Nahayyan qarşılayıb.

Virtualaz.org bildirir ki, xəbəri Novosti Armeniya agentliyi yayıb.

Serj Sarkisyan qarşılanma mərasimindən sonra Şeyx Mənsur ibn Zayd əl-Nahayyan ilə söhbət edib.

Ermənistan prezidenti, həmçinin BƏƏ-nin iqtisadiyyat naziri Sultan əl-Mansur ilə martın 22-də keçiriləcək "Ermənistan - Birləşmiş Ərəb Əmirlikləri" investisiya forumu haqda danışıqlar aparıb.

Xatırladaq ki, forumun keçirilməsi barədə razılıq Ermənistan prezidentinin BƏƏ-yə keçən ilin sonunda reallaşan rəsmi səfəri zamanı əldə olunmuşdu.
loading...
XƏBƏR LENTİ
17-07-2018, 13:10