08 fev 10:44region

Sanasaryan: “Lapşindən sonra Qarabağa heç kim getməz”

Sanasaryan: “Lapşindən sonra Qarabağa heç kim getməz”Lapşinin Azərbaycana təhvil verilməsindən sonra heç bir ağlı başında olan xarici Dağlıq Qarabağa səfər etməyəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın İrs Partiyasının mətbuat katibi David Sanasaryan söyləyib.

“Lukaşenkonun Lapşini Azərbaycana verməsi sübut edir ki, bizim heç bir diplomatik rıçaqımız Belarus prezidentinin qarşısını ala bilmədi. Xaricilər daha yeni “lapşinlərə” çevrilməmək üçün Qarabağa səfər etməyəcəklər. Belarusun bu cür hərəkəti yeni xəbər deyil. Bu ölkə hər zaman Azərbaycanın müttəfiqi olub. Nədənsə Ermənistan hələ də heç bir müttəfiqinin olmadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqında öz üzvlüyünü saxlayır”, – Sanasaryan bildirib.

Qeyd edək ki, Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən və barəsində Baş Prokurorluqda cinayət işi açılan məşhur blogger Aleksandr Lapşin dünən Bakıya təhvil verilib.

A.Lapşinin ekstradisiyası Ali Məhkəmənin onun apelyasiya şikayətini rədd etməsindən sonra gerçəkləşib və o, artıq Azərbaycandadır.

Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan blogger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ