25 yan 12:38region

Diaspor rəhbərimizlə bağlı DİN-ə şikayət olunub

Diaspor rəhbərimizlə bağlı DİN-ə şikayət olunubDünya Azərbaycanlıları Assambleyası Təşəbbüs Qrupunun rəhbəri, Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyevin törətdiyi dələduzluq əməlləri ilə bağlı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət ərizəsi verilib.

Bu barədə Axar.az-a zərərçəkən İntiqam Əliyevin vəkili, hüquq elmləri doktoru, professor Fərhad Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, Rəşad Quliyevin cinayət tərkibli dələduzluq əməlində anası Dünyaxanım Məhərrəmova da iştirak etdiyinə görə istintaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılacaq.

Xatırladaq ki, R.Quliyev dələduzluq yolu ilə Oğuz sakini İntiqam Əliyevin külli miqdarda pulunu ələ keçirib. Belə ki, Almaniyanın Köln şəhərində yaşayan R.Quliyev İntiqam Əliyevin oğlu Rantik Əliyevin Almaniyada problemsiz yaşayacağını vəd edərək, ondan 12 min avro (13.550 dollar) vəsait alıb. Sözügedən vəsait Rəşad Quliyevin anası Minəxanım Məhərrəmovanın adına açılmış bank hesabına köçürülüb. Ancaq sövdələşmədən bir neçə ay keçsə də, R.Quliyev verdiyi sözə əməl etməyib.

İ.Əliyev pulunu geri istəyəndə isə Rəşad Quliyev heç bir halda pulu qaytarmayacağını deyib.

Zərərçəkən Rəşad Quliyevin ondan başqa bir neçə şəxsi də aldatdığını iddia edir.
loading...
XƏBƏR LENTİ