23 yan 10:55region

Saakaşvili Gürcüstana səfir kimi gələ bilər

Saakaşvili Gürcüstana səfir kimi gələ bilərGürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynanın Tiflisdəki səfiri ola bilər.

Axar.az xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Pyotr Poroşenkonun saytında petisiya yaradılıb. Petisiyanı ukraynalı aktivist Oleq Yermoxin ictimaiyyətə təqdim edib:

“Saakaşvili prezidenti olduğu Gürcüstandakı islahatlarla bağlı böyük təcrübəyə sahibdir. 2015-ci ilin may ayında Ukrayna vətəndaşlığını alması onun Gürcüstanda səfir işləməsinə maneə yaratmır”.

Qeyd edək ki, hələlik petisiyanı 108 nəfər dəstəkləyib. Ukrayna hökumətinin bu təklifə baxması üçün petisiyanın 3 ay ərzində 25 min səs toplaması lazımdır.
loading...
Reklam
XƏBƏR LENTİ