12 yan 12:26region

Hesabat: Rusiya çökür – İnanılmaz rəqəmlər

Hesabat: Rusiya çökür – İnanılmaz rəqəmlərHəyat səviyyəsinin aramsız olaraq aşağı düşməsi Rusiya əhalisi üçün yeni normaya çevrilib.

Axar.az xəbər verir ki, bu sözlər Rusiya Ali İqtisadiyyat Məktəbinin apardığı araşdırmada yer alıb. Araşdırmaya əsasən, son iki il ərzində əhalinin real gəlirləri 12,7%, təqaüd isə 7,7% azalıb. Bu da tələbat həcminin qəfil sıxılmasına səbəb olub. Tələbat aktivliyinin aşağı düşmə tempi hətta gəlir azalmasını da qabaqlayıb. Belə ki, iki il ərzində pərakəndə satış 15,4% azalıb.

İki illik böhran zamanında ərzaq 24,8%, qeyri-ərzaq məhsulları 24,3% bahalaşıb. Üstəlik, yemək və geyimə pulu çatmayan ailələrin sayı 41%-ə çatıb. Rusların 27%-i hazırda kommunal xərcləri ödəmək qabiliyyətində deyil. 18% şəxs isə vacib dərmanlar üçün pul tapa bilmir. Krediti ödəyə bilməyənlərin sayı isə əhalinin 13%-ni təşkil edir.

Ən ağır vəziyyət isə çoxuşaqlı ailələr və tək yaşayan şəxslərlə (özəlliklə təqaüdçülər nəzərdə tutulur – red.) bağlıdır. Birincilərin 47%-i, ikincilərin isə 57%-i ərzaq və qida almaq qabiliyyətində deyillər. Hesabatda vətəndaşların artıq tələbat standartlarının aşağı düşməsinə vərdiş etdiyi bildirilir. Ali İqtisadiyyat Məktəbi 2020-ci ilə qədər belə əhalinin alıcılıq qabiliyyətinin böhrandan əvvəlki vəziyyətə qayıtmayacağını bəyan edib.

Qeyd edək ki, Rusiya Statistika Komitəsinin 2016-cı ilin yanvarında yaydığı məlumata görə, ölkə ərazisində 20,3 milyon nəfər yoxsulluq həddində yaşayır. Bu isə əhalinin 13,9%-ni təşkil edir.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-06-2017, 13:11
24-06-2017, 10:37
23-06-2017, 16:32
23-06-2017, 16:21