12 yan 11:34region

Rəfsəncaninin dəfnində "Rusiyaya ölüm" şüarları səsləndi - VİDEO

Rəfsəncaninin dəfnində "Rusiyaya ölüm" şüarları səsləndi - VİDEOİranın eks-prezidenti Haşimi Rəfsəncaninin dəfn mərasimi zamanı etiraz aksiyası keçirilib.

Etiraz aksiyasını Rəfsəncaninin tərəfdarları sayılan reformistlər təşkil ediblər. Onlar aksiya zamanı “Rusiyaya ölüm” şüarları səsləndiriblər. Etirazçıların səsi o qədər yüksək olub ki, hətta dəfn mərasimindən canlı yayım verən televiziyalar canlı səsi hüznlü musiqi ilə əvəz etməli olublar.

Etirazçılar İranın dərhal Suriyadan çıxmasını istəyiblər. Onlar eləcə də Rusiyanı Suriyanın başına gələn bütün bəlaların əsas günahkarı sayıblar.

Qeyd edək ki, Rəfsəncani 1989-1997-ci illərdə İran prezidenti olub. O, Xomeyninin yanında dəfn olunub.
loading...
Reklam
XƏBƏR LENTİ