11 yan 21:07region

Çevriliş baş tutsaydı Ərdoğanın yerində Muhsin Kutsi Barış oturacaqdı

Çevriliş baş tutsaydı Ərdoğanın yerində Muhsin Kutsi Barış oturacaqdıTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu 15 İyul çevrilişə cəhd gecəsinə dair maraqlı iddialar irəli sürüb.

“Milliyət” xəbər verir ki, müşavir çevrilişin baş tutacağı təqdirdə prezidentlik kürsüsünə prezidentin mühafizə xidmətinin komandiri Muhsin Kutsi Barışın oturacağını iddia edib.

Y.Topçu bunları deyib: “Sonradan həbs edilən Mühafizə Alayının komandiri Muhsin Kutsi Barışın yanına getdik. Bizə “Sizin şəxsinizlə əlaqəli iş deyil” dedi. Orada bütün dərd və dava budur- Külliyənin Prezident iqamətgahına girəcəklər guya... Orada kim var? Mən varam, Ankara valisi var, baş katibin köməkçiləri Mətin bəy var, Nadir bəy var. Bizi yerə uzadacaqlar, qolumuza ayağımıza qandal taxacaqlar, daha sonra həmin adam da prezidentin kreslosunda şəkil çəkdirəcək. Olay bitdi”.

musavat.com
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
28-04-2017, 15:26