10 yan 17:16region

İstanbulda namaz vaxtı məscidin damı çöküb

İstanbulda namaz vaxtı məscidin damı çökübİstanbulun Bakırköy rayonunun Ataköy səmtində yerləşən məsciddə cənazə namazı zamanı bədbəxt hadisə baş verib.

“Hürriyet”in verdiyi xəbərə görə, cənazə namazı davam edərkən məscidin həyətində yağışdan, günəşdən qorunmaq üçün qurulmuş örtük üzərindəki böyük qar kütləsinin ağırlığına dözməyərək çöküb. Nəticədə, onlarla insan qarın altında qalıb və 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisə yerinə gələn mülki müdafiə qrupları qar altında insanların qalıb-qalmadığını müəyyən etmək üçün iş aparıb, yaralılar xəstəxanaya çatdırılıb.
loading...
Reklam
XƏBƏR LENTİ