02 yan 17:55region

Ermənistan siyasi xəritədən yox olacaq

Ermənistan siyasi xəritədən yox olacaq“Tamamilə mümkündür ki, Donald Trampın siyasəti hansısa ölçüdə kiçik ölkələrin vəziyyətini dəyişdirsin”.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın mümkün xarici siyasətini şərh edən erməni ekspert İqor Muradyan “Lragir” nəşrində yazıb.

Amma onun sözlərinə görə, vassal ölkələr ABŞ-ın dəstəyinə bel bağlaya bilməz. Erməni ekspert bu ölkələrin arasında müstəqilliyini itirən Ermənistanın da olduğunu bildirib. “Bəli, Ermənistan heç bir halda öz şanslarını gözləyə bilməyəcək. Onu daha böyük vassalizasiya, yoxsulluq, siyasi və hərbi acizlik gözləyir”, - deyə o vurğulayıb.

Ekspert bildirir ki, amma ABŞ-ın regional siyasəti daha geniş diapazona malikdir: “Regional siyasət yeni partnyorları seçməyə və yeni assosiasiyaları yaratmağa hədəflənib. Hər halda amerikalılar onlar üçün xoşagəlməz regional siyasət dövründən qurtulmağa çalışırlar. ABŞ Ukrayna və Şərqi Avropa üzrə siyasətini davam etdirməli olacaq. Çünki bu regiona nəzarət etmədən Avropa üzrə iddiaları həyata keçirmək mümkün deyil. Amma Avropa və Yaxın Şərqdə regional siyasət NATO-suz qeyri-mümkündür”.

İqor Muradyan qeyd edir ki, ABŞ-ın Qara dəniz və Cənubi Qafqaz üzrə geosiyasəti Ermənistansız həyata keçiriləcək: “Görünür, Cənubi Qafqazda ABŞ-ın vəzifələrin yenidən radikal nəzərdən keçirilməsi olacaq və kimsə güzəşt etməli olacaq. Amma Ermənistan siyasi xəritədən yox olacaq. Hər şeydən əvvəl, erməni silahlı qüvvələri dağılacaq. Erməni ordusu hətta Azərbaycandan müdafiə məsələlərini müstəqil həll etmək qabiliyyətini itirəcək. Amma ABŞ-ın bu proseslərlə əlaqəsi olacaqmı? Əlbəttə, yox. ABŞ-ın qarşısında daha böyük qlobal məsələlər dayanır, nəinki regional. Və tezliklə aydın olacaq ki, Ermənistanın yeri regionun küncündə olacaq”.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-05-2017, 15:16