01 yan 20:29region

İstanbulda məscidə silahlı hücum - yaralılar var

İstanbulda məscidə silahlı hücum - yaralılar varTürkiyənin İstanbul şəhərində məscidlərdən birində silahlı insident baş verib.

"DHA" xəbər verir ki, hadisə Sarıyer rayonu Çayırbaşı məhəlləsindəki "Cəzairli Həsən Paşa" məscidində baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, möminlər məsciddə namaz qılarkən baş vermiş naməlum hadisə səbəbindən şübhəli şəxs tüfəngdən atəş açaraq qaçıb. Hadisə zamanı 2 nəfərin yaralandığı bildirilir. Hadisənin siyasi motivinin olmadığı qeyd edilib.

Polis hadisə yerində araşdırmalara başlayıb. Məscidin pəncərələrində və divarlarında şübhəli şəxsin açdığı atəş səbəbindən güllə izləri qalıb.

missiya.az
loading...
Reklam
XƏBƏR LENTİ
19-08-2017, 16:03