01 yan 10:08region

İstanbulu qana boyayan terrorçu “Şaxta baba” belə görüntüləndi - 39 ölü, 69 yaralı - VİDEO

İstanbulu qana boyayan terrorçu “Şaxta baba” belə görüntüləndi - 39 ölü, 69 yaralı - VİDEOXəbər verdiyimiz kimi Türkiyənin İstanbul şəhərində gecə klubuna silahlı hücum olub.

2 nəfər şaxta baba qiyafəsində gecə klubuna girərək ətrafdakı insanlara atəş açıb.

Silahlı basqının görüntüləri təhlükəsizlik kamerasına yansıyıb.

Xatırladaq ki, şəhərin Ortaköy bölgəsində “Reina” adlı məşhur gece klubuna silahlı hücum edilib. İlkin məlumata görə, yerli vaxtla saat 01.15 radələrində “Şaxta Baba” geyimində olan 3 silahlı terrorçu gecə klubuna daxil olaraq, hər tərəfə atəş açmağa başlayıb.

Həmin vaxt klubda çoxusu gənclər olmaqla, 800 nəfərə yaxın insan olub. İlkin məlumatlara görə, silahlı hücum nəticəsində 1 polis, 39 mülki vətəndaş öldürülüb, 69-dan çox insan yaralanıb. Hadisə yerinə polis və həkim briqadaları cəlb olunub. Terrorçuların barın içərisində gizləndiyi ehtimal olunur.

Olay yerinə gələn İstanbul valisi Vasip Şahin 35 nəfərin öldürüldüyünü, 40-dan çox yaralının olduğunu təsdiqləyib. Əməliyyat davam edir.

Ölü sayının arta bilməsi ehtimalı var.

Türkiyə mediası bildirir ki, terrorçular ərəbcə danışırmışlar və bu da terroru İŞİD terror təşkilatının törətməsi versiyasını gücləndirir.

Həmin görüntüləri təqdim edirik:
loading...
Reklam
XƏBƏR LENTİ