28 dek 11:28region

Putinin “qara qutusu” öldürüldü - General

Putinin “qara qutusu” öldürüldü - General1 həftədə 3 yüksək səviyyəli diplomatını itirən və böyük təyyarə faciəsi yaşayan Rusiyada müəmmalı qətl seriyası davam edir.

Axar.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin “qara qutusu” adlanan iş adamı Oleq Yerovinkinin meyiti avtomobilində tapılıb.

Rusiyanın enerji nəhəngi “Rosneft”də İqor Seçindən sonra ikinci şəxs sayılan Yerovinkinin hansı səbəbdən öldürüldüyü hələlik məlum deyil.

4 ildir Seçinin müavini olan Yerovinkin Putin prezident seçildikdən sonra onun öz ətrafına yığıdığı etibarlı adamlardan biri olub. Kremllə məsləhətləşmədən təlimat verə biləcək bir şəxsin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən aradan götürüldüyü təxmin edilir.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin generalı olan Yerovinkinin adı Qərb və ABŞ-la yaxın əlaqələri ilə tanınan Mixail Xodorkovskinin “Yukos” neft şirkətinin ödənməmiş vergi borcları səbəbindən həbsində hallanır.

Xodorkovski o zaman “Rosneft” prezidenti Seçini günahlandırsa da, həbs planı, görünür, Yerovinkin tərəfindən hazırlanıbmış…

Xodorkovskinin çöküşünün ardından ABŞ Seçini hədəf seçmiş, 2014-cü ildə sanksiyalar tətbiq edilən zaman onun adını da qara siyahıya salmışdı.

Görünür, bu yolla MKİ əsl hədəfi – Yerovinkini gizlədib.

Yerovinkinin çalışdığı enerji nəhəngi “Rosneft” Rusiyanın avropalı radikal sağçılara kredit verərkən istifadə etdiyi şirkətlərdən biridir. Fransanın radikal sağçı Milli Cəbhə Partiyasına 9 milyon avro yollayan “Först Çex-Rusiya Bank” ilə “Rosneft” arasındakı münasibətlər də xeyli maraq doğurur. Bu bankın 94% səhmlərinə sahib olan “Stroytransqaz” eyni zamanda Yerovinkinin çalışdığı “Rosneft” ilə şərikdir.

Hər iki şirkətin ikinci adamı Putinə yaxın keçmiş kəşfiyyatçılar olub.

Vaşinqtonun qara siyahısında olan Seçinin yeni seçilmiş ABŞ prezidenti Donald Trampla münasibətləri olduqca yaxşıdır. Sanksiyalar, səyahət və ticari əlaqələr qadağan olunsa da, Seçin ilə Trampın dövlət katibi, Reks Tillersonun idarə heyətinin sədri olduğu “Ekson Mobil” arasında böyük bir ortaqlıq mövcuddur.

Tillerson dövlət katibi seçildikdən sonra Seçin Qərb mediasında ən güclü iş adamlarından biri kimi göstərilirdi.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ