17 dek 10:23region

ABŞ-ın yeni dövlət katibinin Bakıda böyük layihəsi var

ABŞ-ın yeni dövlət katibinin Bakıda böyük layihəsi var“Ekson Mobil” neft-qaz şirkətinin keçmiş rəhbəri Reks Tillersonun ABŞ-ın dövlət katibi vəzifəsinə gətirilməsi əvvəlki administrasiyalardan fərqli olaraq, bundan sonra Dövlət Departamentinin Azərbaycanla bağlı daha düşünülmüş və dəqiq addımlar atmasına imkan verəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert bildirib ki, ümumiyyətlə, “Ekson Mobil”in Azəri-Çıraq-Günəşli yatağında çox mühüm bir hasilat layihəsi var:

“Ancaq sözügedən şirkət hələ ki, Azəbaycanda boru kəmərlərində maraqlı deyil, yəni “Şahdəniz” qaz layihəsində təmsil olunmur. “Ekson Mobil” şirkətinin başçısı Reks Tillersonnun ABŞ-ın dövlət katibi kimi fəaliyyətə başlaması və bunun Azərbaycana təsirlərinə gəlincə, hesab edirəm ki, bu vəzifə dəyişikliyi hazırkı vəziyyəti müsbətə doğu dəyişə bilər”.

Ekspertin sözlərinə görə, Donald Trampın məhz Tillersonu ABŞ-ın dövlət katibi seçməsi səbəbsiz deyil:

“Reks Tillerson 1998-ci ildə “Ekson Ventures” şirkətində vitse-prezident vəzifəsini icra edib və bu şirkətin əsas fəaliyyəti Xəzər hövzəsindəki layihələrə cavabdehlik idi. Tillerson Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycandakı layihələri və bu ölkələrdəki iqtisadi vəziyyəti çox dərindən bilir. Digər tərəfdən, Tillerson zəngin təcrübəsinə görə 2006-cı ildə məhz şirkətin prezidenti vəzifəsinə kimi yüksəldi. Hesab edirəm ki, Tramp Tillersonu ABŞ-da dövlət katibliyinə gətirərkən iki mühüm amili nəzərə alıb: birincisi, onun Rusiyanın bilicisi olması, ikincisi isə Xəzər regionunu çox yaxşı tanıması”.

İ.Şaban bildirib ki, Tillersonun Azərbaycan haqqında kifayət qədər informasiyası var və o, nəinki bölgənin iqtisadi vəziyyətini, o cümlədən son 15 ildəki ictimai-siyasi vəziyyəti ilə bağlı da çox dəqiq məlumatlara malikdir:

“Bu isə əvvəlki administrasiyalardan fərqli olaraq ABŞ Dövlət Depatamentinin bundan sonra Azərbaycanla bağlı daha dəqiq, düşünülmüş addımlar atmasına imkan verəcək”.

Qeyd edək ki, “Ekson Mobil” neft şirkətinin rəhbəri Reks Tillerson bir müddət ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp tərəfindən ABŞ dövlət katibi vəzifəsinə təyin edilib. Bu təyinatdan sonra Tillerson “Ekson Mobil” rəhbərliyindən istefa verib.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-05-2017, 15:16