07 dek 13:15region

Kommunistlər Jirinovskiyə cinayət işi açdırır

Kommunistlər Jirinovskiyə cinayət işi açdırırRusiya Kommunist Partiyasının Kareliya bölməsi Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə cinayət işinin qaldırılmasını tələb edib.

Axar.az xəbər verir ki, şöbə yaydığı bəyanatda Jirinovskinin rus xalqını təhqir etdiyini bildirib.

“Jirinovski faşizm üzərində qələbə qazanan böyük sərkərdələri, bizim ölkə üçün nüvə qalxanı yaradan böyük alimləri, mühəndisləri təhqir edib. Bu qəhrəmanlar kommunist idilər və onları qələbəyə SSRİ Kommunist Partiyası aparırdı. Biz Jirinovskinin kommunistlər və bütün sol təmayüllü təşkilatlara qarşı hücumlarına etiraz edirik. Kareliya kommunistləri Liberal Demokrat Partiyasının liderinin çıxışına ekstremizmin nümunəsi kimi baxır və Rusiya prokurorluğundan Jirinovskiyə cinayət işinin qaldırılmasını tələb edir”, – bəyanatda bildirilib.

Qeyd edək ki, Jirinovski Kommunist Partiyasının Rusiyada qadağan olunmasını tələb edib. O, Rusiyanın bütün bəlalarında kommunistlərin günahkar olduğunu bildirib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ