06 dek 17:04region

"Rusiyanın aqressiyası sülhə ciddi şəkildə maneədir" - Politoloq

"Rusiyanın aqressiyası sülhə ciddi şəkildə maneədir" - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq


Rusiya prezidenti Vladimir Putinin Rusiyanın "xarici siyasət konsepsiyasında" məqsədi Rusiyanın MDB məkanında güclənməsini, üzv dövlətlərə təsir imkanlarını genişləndirməsi, xüsusilə şərqi Avropada Rusiyanın nüfuzunun artırılmasına hesablanıb. Xarici konsepsiyada Rusiyanın Cənubi Qafqaz siyasətində Dağlıq Qarabağ münaqişəsi prioritet hesab edilir. Və münaqişənin həllində fəal olacağına işarə edilir.

Rusiyanın heç də münaqişənin mümkün həlli variantı istiqamətində çalışcağı real görünmür. Sənəddə münaqişənin həlli üçün həmsədrlərə və maraqlı dövlətlərə çalışcağı vurğunlansa da, Rusiya Ermənistanda öz hərbi iştirakını möhkəmləndirməkdə, status-kvonu qorumaqdadır. Qeyd edim ki, Rusiya Aprel döyüşlərindən sonra, münaqişənin həllinə daha yaxın söz sahibi idi. Ermənistana ərazilərin boşaldılması istənilın təzyiqi edib, ərazilərin boşaldılmasına münbit şərait var idi. Və Ermənistan da buna hazır kimi görünürdü. Nəticə nə oldu?! Rusiya sözdə isti mesajlar verərək, danışıqları uzatdı və dolayısı ilə Ermənistana yeni silah partiyaları göndərərək, Ermənistanı qoruma altına alaraq, danışıqlardan çəkildi. Paralel olaraq, Ermənistan işğal olunmuş ərazilərdə mühəndis-istehkam işlərini gücləndirirdi. Hazırda danışılarda dondurulmuş kimi görünür. Görünən odur ki, Rusiya hazırda Cənubi Qafqazda aktiv rol oynayır. ABŞ və Qərb isə seyrçi mövqe sərgiləməkdədirlər. Rusiya, daima Cənubi Qafqazı həyati önəm kəsb edir və burada istənilən sülh və təhlükəsizlik Rusiyanı narahat edir.Çünki,münaqişə ocaqları saxlamaqla,özünün geosiyasi maraqlarını qoruyur.

Birinci, Rusiya Dağlıq Qarabağ münaqişəsi vasitəsilə Ermənistan və Rusiyanı öz orbitində saxlayır. İkinci, Cənubi Qafqazda öz hərbi iştirakını artıraraq, NATO-nun bu regiona inteqrasiyasının qarşısın alır. Üçüncü, bu münaqişədən istifadə edərək, Azərbaycana milyardlarla dollar məbləğində silah satır, həmçinin Ermənistanı tam şəkildə özündən asılı vəziyyətdə saxlayır. Rusiya xüsusilə Azərbaycanın işğal olunmuş ərazilərində "sülhməramlı"qoşunlarını yerləşdirməyincə münaqişə ətrafında müsbət irəliləyişlərə imkan verməyəcək.

Rusiyanın aqressiyası, Şərqi Avropa və Cənubi Qafqazda sülhə ciddi şəkildə mane olmaqdadır.

Avrasiya.net
loading...
Reklam
XƏBƏR LENTİ