17 noy 04:21region

Gənc qızlara təcavüz edən falçı tutuldu - Foto

 Gənc qızlara təcavüz edən falçı tutuldu - FotoTürkiyədə özünü falçı kimi tanıdan şəxs cinsi istismar və dələduzluq ittihamı ilə tutulub.

Musavat.com xəbər verir ki, hadisə Aydın rayonunda baş verib. Özünü baxıcı kimi tanıdan Cengiz Ergin 100-dən çox qadından “nəzər duası” yazma bəhanəsilə pul alıb, gənc qızların isə içinə cin girməsini əsas gətirərək, cinin çıxması üçün onlarla bir yataqda yatmalı olduğunu deyib. Cinsi istismar etdiyi qızları şantaj edən falçı pullarını mənimsədiyi və təcavüz etdiyi şəxslərin şikayətindən sonra polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, iki il əvvəl Aydın rayonuna köçən falçı əvvəlcə gənc qazlara yaxınlaşaraq gözlərinin gözəl olduğunu, onlara nəzər duası yazmaq istədiyini bildirirmiş. Daha sonra qızların falına baxan Cengiz Ergin onların içində cin olduğunu deyirmiş.

Sonuncu dəfə məsciddə bir qadını aldadaraq onun 10 min türk lirəsi dəyərində qızıllarını və mobil telefonunu alan falçı haqqında şikayət olduğunu öyrənərək Aydından qaçıb. Ankarada tutulan Cengiz Ergin məhkəmənin qərarı ilə həbsxanaya göndərilib.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-06-2017, 13:11
24-06-2017, 10:37
23-06-2017, 16:32
23-06-2017, 16:21