07 noy 15:00region

Saakaşvili istefaya getdi

Saakaşvili istefaya getdiMixail Saakaşvili Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Saakaşvilinin özü söyləyib. O, istefasına əsas səbəb kimi Ukrayna Prezidenti Pyotr Poroşenkonun ona verdiyi sözləri yerinə yetirməməsini göstərib:

“Məni Ukraynada olduğu qədər heç yerdə aldatmayıblar. Prezidentin söz verib, yerinə yetirmədiyi vədlərdən artıq bezmişəm. Belə olan halda mən istefa verib, yeni mübarizə mərhələsini başlatmaq istəyirəm”.

Qeyd edək ki, Saakaşvilinin tərəfdarı olan Odessa polisinin rəhbəri Georgi Lortkipanidze də istefaya getmişdi.
loading...
Reklam
XƏBƏR LENTİ