04 noy 11:38region

Ermənistana mütləq ciddi zərbələr endirilməlidir - Politoloq

Ermənistana mütləq ciddi zərbələr endirilməlidir - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

Ermənistanın XİN rəsmisi S.Koçaryan Qarabağ münaqişəsinin nizamlanması prosesində danışıqların bitməsini qeyd edib . Ermənistan Rusiyadan verilən müəyyən silahlara güvənərək, artıq bu bəyanatları verməklə məşğuldur. Yay aylarında aparılan danışılarda qeyd edirdim ki, Rusiya bu situasiyadan istifadə edib. Ermənistana müəyyən silah partiyaları verəcək. danışıqlar prosesi gedildiyi vaxtda Ermənistan silahlı qüvvələri cəbhədə mühəndis istehkamlarını gücləndirirdi, yeni silahlar mövqedə yerləşdirməklə ərazilərin qaytarılmasına hazırlaşmırdı. Rəsmlərimiz isə ümidli idi. Moskva rəsmi Bakını dörd ayda başın qataraq, Ermənistanı silahlandırıb, Bakı ilə üz-üzə qoydu. Nəticə, artıq göz qabağındadır. Ermənistan bəyan edir ki, danışıqlar bitib. Biz nəyi gözləməliyik?! Ermənistana mütləq ciddi zərbələr endirilməlidir. Bundan sonra Ermənistan danışıqlar masasına oturacaq. Ermənistanın son günlər cəbhə xəttində də təxribatları, atəşkəsi iri çaplı silahlarla pozması, münaqişənin həlli istiqamətində aparılan danışıqlara zərbə vurur. Azərbaycanın 60 minlik heyət və aviasiya və artilleriyaın müşayiəti ilə keçirəcək genişmiqyaslı hərbi təlim, Ermənistana bir başa mesajdır . Ermənistan Azərbaycanın bu təlimlərindən nəticə çıxarmalıdır . Ermənistanın hazırkı siyasəti, Aprel müharibəsinin təkrarlanmasına aparır. Yeni toqquşma,Cənubi Qafqazda geosiyasi proseslərə ciddi təsir edəcək.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46