04 noy 08:46region

Qızının başını kəsən ata yaxalandı - FOTO

Qızının başını kəsən ata yaxalandı - FOTORusiya polisi qadının və onun 4 yaşlı qızının qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Qardaşov Rauf Cəmaləddin oğlunu Orenburq vilayətinin Orsk şəhərində saxlayıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, Rauf Qardaşov yaşayış binasının qarşısında saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib. Polislər bıçaqla hücum etməyə cəhd edən R.Qardaşova xidməti silahdan atəş açaraq yaralayıblar. Ona artıq tibbi yardımın göstərildiyi bildirilir.

Qeyd edək ki, noyabrın 2-də Rusiyanın Orsk şəhərində Azərbaycan vətəndaşı birlikdə yaşadığı qadının və onun uşağının boğazını kəsərək qətlə yetirib.

1981-ci il təvəllüdlü ana və 4 yaşlı qızın meyitini ilk olaraq, qadının anası aşkarlayıb və polisə bildirib. Hadisəni törətməkdə şübhəli bilinən Qardaşov Rauf Cəmaləddin oğlu axtarışa verilmişdi.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 21:47