07 mar 20:53region

Fətullah Gülən barədə həbs qərarı verildi

Fətullah Gülən barədə həbs qərarı verildiTürkiyənin Ərzurum Prokurorluğu nurçuların lideri Fətullah Gülən və onun qardaşı Saleh Gülən barəsində həbs qərarı verib.

Axar.az xəbər verir ki, FETO-PYD əlaqələri ilə bağlı aparılan araşdırmalar çərçivəsində Gülən və qardaşı “Silahlı terror qruplaşmasına dəstək olmaq”, “Konstitusiyanın tələblərini pozmaq” və “Dələduzluq” maddələri üzrə ittiham olunaraq barələrində həbs qərarı çıxarılıb.

Qeyd edək ki, martın 4-də İstanbul şəhər 6-cı Sülh Cəza Məhkəməsi İstanbul Cümhuriyyət Baş Prokurorluğunun tələbi əsasında Fətullah Gülənin aparıcı mətbuat orqanı olan "Zaman" qəzetinə qəyyum təyin olunması barədə qərar qəbul etmişdi.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 13:46