03 apr 10:47Qarabag

Kuznetsovun Aprel döyüşü ilə bağlı sensasion şərhi

Kuznetsovun Aprel döyüşü ilə bağlı sensasion şərhiAprel müharibəsi, hərbi dillə desək, Azərbaycan Ordusunun taktiki əməliyyatıdır. Azərbaycan hərbi fəaliyyətlərlə lokal uğura nail oldu və cəbhə xəttinin müəyyən məntəqələrinin konfiqurasiyasını özü üçün daha əlverişli hala gətirdi.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq, tarixçi Oleq Kuznetsov deyib. Onun sözlərinə görə, bu əməliyyatın Azərbaycan Ordusu və ictimaiyyəti üçün mənəvi-psixoloji nəticələrini qiymətləndirmək olduqca çətindir:

“2016-cı ilin aprelindəki döyüşlərdə Azərbaycan Ordusu qələbənin dadını hiss etdi, onun komandirləri isə erməni həmkarları ilə nəinki döyüşməyin, eləcə də onları açıq hücum döyüşündə məğlub etməyin mümkün olduğunu praktik şəkildə gördülər. 2016-cı ilin aprelin əvvəlində qazanılmış uğur Azərbaycanın hərbi-siyasi rəhbərliyinə, zabitlər və əsgərlərə qələbə ruhu aşılamağa imkan verdi. Bu şərtlər qoşunların döyüş hazırlığı və bütövlükdə dövlətin hərbi doktrinasının təyin olunması üçün son dərəcə vacibdir”.

Rusiyalı ekspert Aprel döyüşləri ilə bağlı medalın əks tərəfinin olmasına da diqqət çəkib:

“Əgər tam açıq danışsaq, həmin hadisələr həmçinin qoşunların hazırlığı, xüsusən döyüş meydanında qoşunların idarə edilməsi cəhətdən çatışmazlıqlar və boşluqların olduğunu göstərdi. Bütün bunlar o zaman əsassız itkilərə gətirib çıxardı. Həmin vaxtdan keçən 3 il ərzində Azərbaycan ordusunun rəhbərliyi müvafiq nəticələr çıxardı, kadr rotasiyası və komandir heyətinin yeni hazırlıqları həyata keçirildi, yeni ağır hücum silahlarının alınması hesabına raket artilleriyasının atəş gücü qaldırıldı, döyüş meydanında itkiləri azaltmaq üçün döyüş vəziyyətində silah növlərinin qarşılıqlı əlaqələndirilməsi sistemi yenidən nəzərdən keçirildi”.

Kuznetsovun sözlərinə görə, bütün bunları cəmləşdirdikdə Azərbaycanda yeni qərargah düşüncə tərzi modelinin yarandığını söyləmək olar. Bu döyüşən ordu üçün prinsipial əhəmiyyət daşıyır.

“Bütün bunlar mart ayında keçirilən Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimlərinin nəticələri ilə aydın şəkildə nümayiş edildi. Bütün bunlara görə, Azərbaycan Ordusunun müdafiə ordusundan Qarabağın azad edilməsi uğrunda vuruşan hücum ordusuna çevrildiyi nəticəsinə gəlmək olar”, - ekspert bildirib.

Siyasi təhlilçi yuxarıda qeyd olunanlara əsaslanaraq bildirib ki, 2016-cı ilin əvvəllərində baş verən hadisələr Azərbaycanda hərbi quruculuğun yeni bir məqsədyönlü mərhələyə keçdiyini göstərir, həmçinin Silahlı Qüvvələrin həm hərbi-texniki, həm də mənəvi-psixoloji cəhətdən yeni keyfiyyət səviyyəsinə qalxmasına səbəb olub:

“Həqiqətən, bu gün adi əsgərdən tutmuş Müdafiə naziri və Baş Qərargah rəisinə qədər, Azərbaycan Ordusunun bütün hərbi qulluqçuları özlərini qalib və ərazi azad edən kimi hiss edirlər. Kənardan müşahidə edən biri kimi tam məsuliyyəti ilə deyə bilərəm ki, islahatlar Azərbaycan Ordusunun struktur dəyişikliklərinin final mərhələsinə qədəm qoyub. Tamamilə başa çatmamasına və inkişaf potensialını özündə saxlamasına baxmayaraq, sistemin artıq Azərbaycanın hərbi-siyasi rəhbərliyinin təyin etdiyi kriteriyalarla uyğun olduğunu söyləmək olar. Bu prosesin – Azərbaycan Ordusunun struktur və düşüncə tərzi cəhətdən yenilənməsinin əsası 2016-cı ilin Aprel hadisələri ilə start götürüb. Bu planda onların tarixi əhəmiyyətini qiymətləndirmək çətindir”.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev