02 apr 16:12Qarabag

Qarabağ müharibəsi mütləq başlayacaq – Erməni KİV

Qarabağ müharibəsi mütləq başlayacaq – Erməni KİVƏgər ritorika bu qədər gərginləşibsə, demək ki, Ermənistan və Azərbaycan liderləri Vyanada razılaşa bilməyiblər.

Axar.az xəbər verir ki, bunu “168 Jam”a açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Xramçixin deyib.

“Dəfələrlə demişəm ki, tərəflərin bir-birinə tam zidd mövqeyini nəzərə alsaq, o zaman Ermənistan və Azərbaycan liderlərinin hansı razılığı əldə edəcəyini anlamıram. Mənim görüşdən ciddi heç bir gözləntim olmayıb. Görüşün müsbət nəticələri barədə heç bir əsas yox idi, bu, həmçinin bəyanatdan da aydın göründü. Belə çıxır ki, onlar növbəti dəfə razılığa gəlməyiblər və nəticədə erməni tərəfi ritorikasını dəyişib”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu konfliktin müharibəsiz həlli mümkün deyil:

“Mən başa düşmürəm ki, bundan necə qaçmaq olar? Mən sadəcə müharibənin necə olacağını deməyə çətinlik çəkirəm. Əgər tərəflərin mövqeləri bir-birinə ziddirsə, o zaman hansı kompromisdən söhbət gedə bilər? Burada tərəflərdən biri kapitulyasiyaya getməlidir”.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev