02 apr 16:10Qarabag

Aprel əməliyyatı: erməni hərbçilər diri-diri yandı - Video

Aprel əməliyyatı: erməni hərbçilər diri-diri yandı - VideoAprel müharibəsinin ən şanlı səhifələrindən biri də Ordumuzun erməni könüllüləri daşıyan avtobusu İsrail istehsalı olan “Harop” kamikadze dronu ilə məhv etməsidir.

Xatırladaq ki, aprelin 4-də keçirilən bu əməliyyatla Qarabağ müharibəsində əli qadınların, uşaqların və şəhidlərimizin qanına batmış Sünik batalyonu məhv edilib.

Ordumuz cəbhəyə döyüşməyə gələn Sünik batalyonunun veteranlarını məhv etməklə həm 20 il əvvəlin intiqamını aldı, həm də düşmənə bu mesajı verdi: Heç bir cinayət cəzasız qalmır!

Təbii, Qarabağ müharibəsində dağınıq Azərbaycan hərbi birləşmələri qarşısında uğur qazanmış, vəhşilik etmiş Sünik batalyonu öz gücünə çox güvənirdi. Onun başında 20 il əvvəlin havası qalmışdı. Hətta batalyon üzvlərindən biri “Türklər qarşılarında uşaq-muşağı görüb ürəkləniblər, hazırlaşsınlar, Bakıya çay içməyə gəlirik” demişdi. Amma unutduqları bir şey var idi: Azərbaycan Ordusu artıq 25 il əvvəlki dağınıq qüvvələrdən ibarət birliklər deyil!

Qoca erməni yaraqlıları avtobusa minməzdən əvvəl qələbə şüarları səsləndirir, Qarabağın özlərinin olduğunu deyir və azərbaycanlıları məhv edəcəklərini bildirirdilər... Lakin onlar mindikləri avtobusdan bir də düşə bilmədilər. Həmin avtobus onların tabutu oldu.

Aprelin 4-ü axşam saatlarında havaya qalxan “Harop” kamikadze dronu cəbhəyə gələn bu erməni yaraqlılarının olduğu avtobusu partlatdı. Nəticədə avtobusdakı yaraqlılar hətta Qarabağa gəlib çıxa bilmədilər, yoldaca məhv edildilər.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan xəbəri təsdiq etsə də, neçə nəfərin öldüyünü açıqlamaqdan çəkindi.

Bu hücum erməni hərbçilərində böyük vahimə yaradıb. Hətta yüksək rütbəli erməni zabitləri belə o acı xatirəni unuda bilmədiklərini deyirlər:

“Bilmirik nə silah idi... döyüşçülərimiz diri-diri yanmışdı... Dəhşət idi. Biz yaralıları da xilas edə bilmədik”.

Ordumuz Aprel müharibəsində hazırkı Ermənistan ordusunun hərbçiləri ilə yanaşı, Qarabağ savaşından hansısa yollarla qalib çıxmış erməni ordusunun döyüşçülərini də məhv etməklə İrəvanda mövcud olan “qalib ordu” mifini alt-üst etdi.


axar.az
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev