27 noy 12:29Qarabag

Qarabağda döyüşən erməninin oğlunu Qarabağda döydülər

Qarabağda döyüşən erməninin oğlunu Qarabağda döydülərİşğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrində hərbi qulluqçuların döyülməsi artıq adi hala çevrilib.

Axar.az xəbər verir ki, işğalçı ordunun 5-ci dağ atıcı alayının hərbi qulluqçusu Qarik Markaryan xidmət yoldaşları tərəfindən qəddarcasına döyülüb.

Oğlunu ziyarət etməyə gələn əsgərin atası hadisədən xəbər tutub və dərhal müvafiq qurumlara şikayət edib. Məlumatda o da deyilir ki, döyülən əsgər Q.Markaryanın atası Qarabağ müharibəsi iştirakçısı Vahram Markaryandır.

Digər bir faktda isə deyilir ki, işğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində xidmət edərkən xəsarət alaraq əlil olan erməni hərbi qulluqçu Artur Mxitaryan məruz qaldığı qanunsuzluqlar səbəbindən Ermənistan rəhbərliyinə və hüquq-mühafizə orqanlarına şikayət ərizələri göndərib.

Hərbi həkim komissiyasının qərarı ilə tərxis edilmiş işğalçı ordunun 6-cı dağ atıcı alayının keçmiş hərbi qulluqçusu A.Mxitaryan xidmət dövründə aldığı xəsarət nəticəsində əlil olub. Lakin bu günə qədər o, məsul şəxslərin laqeydliyi səbəbindən təqaüd ala bilmir.

Keçmiş hərbi qulluqçu A.Mxitaryan müsbət cavab almayacağı təqdirdə başqa addımlara əl atacağını da bildirib.

Qeyd edək ki, bundan öncə də işğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrində hərbi qulluqçuların döyülməsi, cinsi istismara məruz qalması və s. kimi hallarla bağlı mətbuatda məlumatlar yayılıb.
loading...
XƏBƏR LENTİ