11 sen 08:34Qarabag

Laçın və Kəlbəcərdə PKK düşərgələri – SOS

Laçın və Kəlbəcərdə PKK düşərgələri – SOSErmənilər işğal etdiyi Azərbaycan ərazilərini terrorçu və narkotik yuvasına çevirir

Türkiyənin Atatürk Universitetinin tarix üzrə elmlər namizədi Savaş Eyilmez Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində-Laçın və Kəlbəcərdə PKK düşərgələri qurduğunu bildirib. Professorun sözlərinə görə, Laçın və Kəlbəcərdə PKK düşərgələrinin olması “tam dəqiqdir”.

Virtualaz.org xəbər verir ki, Eyilmez Ermənistandakı PKK düşərgələrindən çoxsaylı terrorçuların bu günlərdə Ağrı və Tokat üzərindən Türkiyəyə keçdiyi, Ağrı bölgəsindəki Tendürek dağında cəmləşdiyi haqda xəbərləri şərh edərkən belə deyib: “Ermənistan PKK-nın idarəçisi durumuna gəlib. Son vaxtlar ələ keçirilən PKK-çıların çoxu Ermənistan əsillidir. Ermənistan PKK-nın Türkiyədən ələ keçirəcəyi torpaqların bir qismini bölməyi planlaşdırır. Ermənistan 1992-ci ildən bəri öz torpaqlarını PKK düşərgələrinə açıb. Hazırda Gümrü, Spitak və Yerevan yaxınlığında ciddi terror düşərgələri mövcuddur. Üstəlik, Azərbaycandan xain savaş yolu ilə ələ keçirilmiş Laçın və Kəlbəcərdə PKK düşərgələrinin olduğunu dəqiq bilirik”.

Türkiyəli tarixçi 2010-cu ildən etibarən PKK-nın Gürcüstanda da möhkəmlənməyə başladığını deyib. Onun dediyinə görə, PKK Gürcüstanda fərqli metod tətbiq edir: “Orada qeyri-hökumət təşkilatları, dərnəklər qururlar, maliyyə dəstəyini də Avropa İttifaqının maliyyələşdirdiyi fondlardan alırlar”.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın müxtəlif ölkələrdən terrorçular yerləşdirdiyi, hətta terror qruplarının təlim düşərgələrinin yaradıldığı barədə informasiyalar, açıqlamalar indiyə qədər dəfələrlə yayılıb. Hətta Qarabağ savaşında Türkiyə, Livan və digər ölkələrdən erməni mənşəli PKK-çıların azərbaycanlılara qarşı döyüşlərdə iştirakını təsdiqləyən görüntülər də mövcuddur. Məsələn, youtube.com-da yerləşdirilən videoların birində Kəlbəcər rayonunun işğalı günü rayonun mərkəzində PKK-çı olduğunu gizlətməyən türkiyəli döyüşçünün müsahibəsi çoxlarına məlumdur. Vaxtaşırı yayılan məlumatlarda isə separatçı rejimin və Ermənistanın Dağlıq Qarabağda, Laçın və Kəlbəcərdə terrorçuların təlim düşərgələrini yaratdığı, Türkiyədən, Suriyadan erməni mənşəli terrorçuların bu düşərgələrdə yerləşməsinə şərait yaratdığı bildirilib.

Yeri gəlmişkən, Azərbaycanın dövlət rəsmiləri də işğal olunmuş ərazilərimizdə ermənilərin terrorçular cəmləşdirdiyini, Dağlıq Qarabağ ərazisində narkotik və qanunsuz silah dövriyyəsi olduğunu dəfələrlə qeyd ediblər.

Dünya dövlətlərinə də sirr deyil ki, hazırda Dağlıq Qarabağ ərazisi işğalçı dövlət tərəfindən narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur.

2017-ci ilin iyununda isə Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey Ermənistanın terror təşkilatları ilə işbirliyinə dair açıqlamalar vermişdi. O bildirmişdi ki, Ermənistan işğal etdiyi Qarabağda 12 PKK düşərgəsi yaradıb və həmin düşərgələrdə 1750 PKK yaraqlısı yerləşdirib. Türkiyədən qaçan terrorçuların böyük hissəsi Ermənistan tərəfindən Qarabağda yerləşdirilib. Terrorçular orada sərbəst yaşayırlar.
loading...
XƏBƏR LENTİ
Dünən, 19:52