22 apr 18:58Qarabag

Şuşanın işğal günündə əməliyyatlar başlansın - MÜRACİƏT

Şuşanın işğal günündə əməliyyatlar başlansın - MÜRACİƏTAprelin 2-də başlanan hərbi əməliyyatlar uzun illərdən sonra xalqda böyük bir ruh yüksəkliyi, döyüş əzmi yaratdı. Başlanan hərbi əməliyyatların məhz Kəlbəcərin işğal gününə təsadüf etməsi də insanlarda torpaqları azad etmək istəyi, döyüşə atılmaq həvəsinin baş qaldırmasına səbəb oldu. Bəs görəsən yenidən başlanacaq hərbi əməliyyatların məhz digər işğal altında olan rayonlarımzın işğal gününə təsadüf etməsi necə olardı ?
Milli Qəhrəman Məhəmməd Həsənov Modern.az saytına açıqlamasında deyib ki, gələcəkdə başlanacaq hərbi əməliyyatlar Şuşanın, Laçının və başqa işğalda olan rayonlarımızın işğal tarixinə təsadüf etməsi böyük uğur olardı:

“Aprelin əvvəlində başlanan hərbi əməliyyatlar Kəlbəcərin işğal günlərinə təsadüf etməsi məni çox sevindirdi. Mən arzu edirəm ki, yenidən daha geniş miqyaslı hərbi əməliyyatlar Laçının, Şuşanın və başqa rayonların işğal günlərində baş tutsun. Biz işğal edilmiş rayonlarımızın tarixləri günü qələbələrimizi qeyd edək.
Mən döyüşlərdə Talış kəndinin iki dəfə alınmasında iştirak etmişəm. O zaman ermənilərin ordusunun başlarını əzib onları yerlə yeksan etmişik”.
Məhəmməd Həsənov köhnə döyüşçü kimi ordumuza hər zaman bələdçilik etməyə hazır olduğunu söyləyib: “Şəxsən bu gün məni də hərbi əməliyyatlara cəlb etsələr bütün yerləri beş barmağım kimi tanıyıram.

Bu gün də gedib oralarda ordumuzu kömək, bələdçilik etməyə, vuruşmağa tam hazıram.
Gərək ki, başlanmış hərbi əməliyyatlar belə tez bitməzdi. Erməniləri yenidən susdurmaq lazımdır. Onlar çox qudurublar. Ermənilərin ağızlarını əymək , başlarını əzmək lazımdır”. Keçmiş döyüşçü düşünür ki, bu gün xalqımızda yüksək döyüş əhval ruhiyyəsi var: “Bu gün xalqımızda da döyüş əhval ruhiyyəsi çox yüksək səviyyədədir. Talışda gedən əməliyyatlarda ora baş çəkdim. Əsgərlərin əhval ruhiyyələri yüksək səviyyədədir. Təsəvvür edin ki, 1992-ci ildə gördüyüm əhval ruhiyyə indi də var. Ancaq əməliyyatlar çox tez dayandı. Ali baş komandanımız nə zaman lazım bilib əmr versə biz də hazırıq.

Ermənilər qudurğan , azğın millətdir.
Onların yiyələri yoxdur. Yeri, yudu yoxdur, olmayan xalqdır. Aprelin 24 də Ermənistan cəbhədə yenidən təxribatlara əl ata bilər. Ola bilsin ki, bəlkə də elə bu yaxınlarda yenidən hərbi əməliyyatlar başlansın”-deyə Məhəmməd Həsənov bildirib.

Milli Qəhrəman Maşallah Abdullayev də döyüşçü yoldaşı Məhəmməd Həsənov kimi düşünür.
Maşallah Abdullayev deyib ki, başqa işğal altında ola rayonlarımızın işğal günlərində yenidən irəli atılmalıyıq:“Aprelin əvvəli Kəlbəcərin işğalı günləri ordumuz hərbi əməliyyatlarda uğurlar əldə etdi. Amma kaş ki, bu əməliyyatlar belə tez dayandırılmazdı. Arzu edirəm ki, Laçınının, Şuşanın, Cəbrayılın işğal günlərində əməliyyatları başlayıb düşmənin başını əzək, torpaqlarımızı tam azad edək. Ermənilər gündən-günə daha da çox atmağa başlayırlar. Tapqaraqoyunlu kəndi bizə çox yaxındır. Hər gün müşahidələr aparıram. Talış istiqamətində “Ağ Uçuq” deyilən yerdə meşədən snayperləri, iri çaplı pulemyotlar işləyir. Onlar yenə də silahı yerə qoymayıblar, təxribatlarla məşğuldurlar”.

Maşallah Abdullayev hesab edir ki, belə getsə tez bir zamanda yenidən hərbi əməliyyatlar başlanacaq: “Mən elə bilirəm ki, tez bir zamanda torpaqlarımız geri qaytarılmasa biz yenidən hərbi əməliyyatlara başlayacağıq. Düzdür, itkilərimiz olacaq, amma geri almalıyıq. Biz bunu neçə illərdir gözləyirik. Mən belə baxıram ki, biz yenidən bir daha hərbi əməliyyatlara başlamalıyıq. Çünki torpaqlarımız bizi gözləyir. Belə bir söhbətlər də gəzməkdədir.
Erməni bizlə bacarası deyil. Bu qədər hərbi döyüş texnikamız, silah-sursatımızla ermənini məhv edərik.
Ali baş komandanımızın əmrini gözləyirik. Ermənilər qaçırlar, onlar bizdən qorxurlar. Atəşkəs əldə olunmasına baxmayaraq ermənilər hər gün atəşkəsi pozurlar. Belə getsə bəlkə də hərbi əməliyyatlar çox tez bir zamanda başlaya bilər.

Aprelin 24-də ermənilər yenidən təxribata əl atmaları ehtimal olunur. Bu atəşkəs 22 ildir ki, var.
Amma onsuz da onlar bizim torpaqlardan birdəfəlik çıxmalıdırlar. Erməni dığası dədə-baba torpaqlarımızda at oynadır. Hər gün yüksəkliklərdən bizim tərəfləri gülləbaran edirlər. Xalq, camaat da ayıqdır. İnsanlar artıq düşünür ki, aprelin 24-ü nəsə olacaq”.

Milli Qəhrəman Vahid Quliyevin fikrincə, aprelin torpaqları işğaldan azad etmək üçün hansısa xüsusi günə ehtiyac yoxdur: “Bizdə hər işğal günü əgər hərbi əməliyyatlar başlasaydı müharibə çoxdan olmuşdu. Biz bu gün çalışırıq ki, sülh və diplomatiya yolu ilə torpaqlarımız işğaldan azad edilsin. Son hadisələr erməni tərəfinin təxribatlarının qarşısını almaq üçün atılan addımlar idi.
Bu o demək deyil ki, biz hər ay işğal günləri qarşı tərəfə hücum edəcəyik.
Təbii ki, torpaqlarımı sülh yolu ilə azad olunmasa hər hansı işğal günündən asılı olmayaraq prezidentimizin əmri ilə istənilən saat döyüşə atılmağa hazırıq. İstər ordumuz və mülki əhalimiz bu işi çoxdan gözləyir və buna daima hazırıq”.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ