06 iyn 10:26Qarabag

Qarabağda yeni müharibə xəbərdarlığı

Qarabağda yeni müharibə xəbərdarlığı Beynəlxaq Böhran Qrupu: "Azərbaycan hərəkətə keçə bilər".

Beynəlxalq Böhran Qrupu (The International Criminal Court - BBQ) Azərbaycanın işğal altında olan ərazilərində yeni müharibənin başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib. İstiPress-in məlumatına görə, BBQ-nin hesabatında bu məlumat yer alıb.

Təşkilatın analitikinin bəyanatında qeyd edilir ki, Ermənistandakı qeyri-stabil vəziyyət Qağabağda qarşıdurmaların yeni dalğasına səbəb ola bilər.

Maqdalena Qronunun sözlərinə görə, müharibənin yenidən alovlanması ehtimalı çox yüksəkdir. “Azərbaycan Ermənistan qeyri-staabillikdən istifadə edə və işğal edilmiş ərazilərin azad edilməsi üçün hərbi əməliyyatlara başlaya bilər. Bundan başqa Qarabağda hakimiyyətin əllərindən getdiyini görən səhra komandirləri özləri də hərbi əməliyyatları n başlamasına yol aça bilərlər".

Xanım analitik qeyd edir ki, Minsk Qrupunun həmsədrləri Ermənistandakı siyasi böhranı nəzərə alaraq mövcud rəsmi kanallarla dəqiq hərəkət planı belə olmayan ölkənin baş naziri Nikol Paşinyanı Qarabağdakı risklərlə bağlı xəbəradlıq etməlidirlər.
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30