04 iyn 09:55Qarabag

Qarabağda faciə baş verə bilər: dərhal... - Petrosyandan çağırış

Qarabağda faciə baş verə bilər: dərhal... - Petrosyandan çağırışPaşinyan, Sərkisyan, Köçəryan və digərləri Qarabağda vəziyyəti nizamlamaq üçün addım atmalıdır.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın birinci prezidenti Ter-Petrosyan çıxış edib. O deyib ki, Ermənistanda baş verən kütləvi hərəkat Qarabağa sıçrayıb və bu vəziyyət orda faciə ilə nəticələnə bilər.

Petrosyanın sözlərinə görə, Xankəndidə aksiya keçirən etirazçılar separatçı rejimin “kəşfiyyat xidməti” və “polis rəhbərliyinin” istefasını tələb edir:

“Bu isə rejimin təhlükəsizliyi ilə bağlı mövcud struktura ağır zərbə vura bilər”.

Petrosyan Paşinyanı bu məsələdə “3-cü tərəf” olmağa səsləyib və bildirib ki, Saakyanı bu məsələdə tək qoymaq olmaz.

Qeyd edək ki, 1 iyunda separatçı rejimin “kəşfiyyatının” xüsusi təyinatlısı Azərbaycanın işğal altında olan Xankəndi şəhərində iki ermənini döyüb. Nəticədə, kütləvi dava baş verib. Polisin məlumatına görə, olayla bağlı 15 nəfər saxlanılıb.

Bu hadisədən sonra əhali kütləvi aksiyalara başlayıb.
loading...
XƏBƏR LENTİ