29 may 14:09Qarabag

Qarabağ sürətlə müharibəyə doğru gedir

Qarabağ sürətlə müharibəyə doğru gedirQərb və Rusiya Azərbaycanın müharibə hüququnu tanıyır

Erməni KİV-ləri Fransa xarici işlər nazirinin Bakıda və İrəvanda status-kvonun qəbuledilməz olması barədə dediklərini görməməyə çalışırlar.
İstiPress-in məlumatına görə, məsələyə toxunan media mənsubları Jan-iv Le Drianın sözlərini öz bildikləri yozmağa çalışır, guya fransız nazirin bu sözləri konkret olaraq Qarabağdakı status-kvoya etmədiyni, regional çərçivə üçün işlətdiyini iddia edirlər.

Halbuki, Jan-iv Le Drian İrəvanda keçirdiyi brifinqdəbildirib: “Mən dünən (Bakıda) demişəm, bu gün də deyirəm ki, nə status-kvo, nə də güc variantı qəbuledilməzdir. Münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur, məsələyə praqmatik və yaradıcı yanaşmaq lazımdır”.

O, Fransa hökumətinin Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması yollarının axtarılmasına dəstək olmağa hazır olduğunu əlavə edib. Yəni erməni mətbuatı Azərbaycanla danışıqları Qarabağdakı seperatçı rejimin aparmasını təklif edəcəyi barədə absurd iddialarla çıxış edən Nikol Paşinyanın Avropa Birliyinin aparıcı ölkəsindən aldığı soyuq duşu qavramaqda çətinlik çəkir.

Məsələn, Nikol Paşiyanın sırf qərbyöünümlü yol tutacağını və Ermənistanı Rusiya köləliyindən xilas edəcəyini hər gün iddia edən Sarqis Arsruni “1in.am”da az qala sarsılmış halda yazır ki, böyük ehtimalla, fransız nazir status-kvo dedikdə Cənubi Qafqazda Rusiya ilə Qərbin arasında yaranmış status-kvodan bəhs edir. Guya fransız nazir Paşinyana işarə vurur ki, Avropanın tərəfinə keçməyi sürətləndirsin və s.

Digər erməni şərhçi Akop Badalyan isə “Lragir”də yazdığı məqaləsində Fransanı hədələyir ki, Makron Nikol Paşiyana təbrik məktubunu gecikdirməməlidir, əks halda, Fransa “Ermənistan kimi bir dostunu” itirəcək. O, hətta iddia edir ki, erməni qoşunu Azərbaycan ordusu ilə üz-üzə dayanaraq “Avropa dəyərlərini qoruyur” və guya ki, ermənilər olmasa Avropa həmin “dəyərləri” qorumaq üçün qoşun göndərilməlidir.

Hiss olunur ki, son 2 min il ərzində həmişə müstəmləkə şəraitində yaşamaları ermənilərin real siyasət instiktinin itirilməsinə səbəb olub. Yəni kimin regionda Avropaya dost kimi dayandığını və ermənilərin təbirincə, dəyərlərini qorduğu göz qabağındadır: Azərbaycan Avropanın əsas hərbi rəqibi Rusiya ordusunu ərazisindən çıxarıb, Ermənistan isə Rusiyanın ərazisində hərbi cəhətdən sovet dövründəkindən də daha gücülü şəkildə yerləşməsinə şərait yaradıb. Azərbaycan Avropaya altenativ enerji xətlərinin çəkilməsi üçün dəstək verir ki, Rusiyanın bu sahədəki diqtəsini nisbətən də olsa, yumşaltsın. Ermənistan isə öz energetiksını tamamilə Rusiyanın ixtiyarına verib.

Ermənilərin real siyasət instiktini itirməsini xalq hərəkatının lideri kimi hakimiyyətə gəlmiş Nikol Paşinyanın Qarabağ danışıqları ilə bağlı son açıqlamaları bir daha sübut edir. Paşinyan iddia edir ki, 1994-cü ildə atəşkəs imzalanan zaman orda tərəf kimi Dağlıq Qarabağ da imza atıb.

Amma onun bu açıqlması Ara Papyan kimi “miatsum” tərəfdarı olan bir diplomatı danışmağa məcbur edib. O, Paşiyanın bu cür ifadələrinin beynəlxalq diplomatiyda kələkbazlıq kimi qəbul ediləcəyini vurğulayıb. Əslində, 1994-cü ildə Bişkek protokolunu Azərbaycan və Ermənistanla yanaşı Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının başçıları da imzalayıb. Rəsul Quliyev onda Nizami Bəhmənovun da imzalamasını təkid edib və buna nail olub. Yəni münaqişə tərəfi kimi yalnız Ermənistan və Azərbaycan göstərilib.

Paşiyanın bu cür qeyri-adekvat çıxışları səbəb olub ki, son illərdə Ermənistanın mövqeyini dəstəkləyən birtaniyalı analitik Tomas de Vaal Azərbaycanın münaqişənin həllində müharibədən başqa yolu qalmadığını bildirir. Bu, əslində qərbin Azərbaycana müharibə hüquqi verməsi deməkdir.
Düzdür, Tomas de Vall bu müharibənin uzun müddətli olmasını əlverişli saymır və tərəfləri, yəni Ermənistanı danışıqlar yoluna gətirmək üçün silkələmək vasitəsi olmasını vacib sayır. Yəni qeyri-adekvat bəyanatlar verən, zamanında müharibədən qaçmış Paşiyan real müharibənin nə olduğunu öz köynəyində, bəlkə də iyulda əsgər gedəcək oğlu ilə hiss etməlidir.

Gürcü politoloq Gela Vasadze düşünür ki, bu varianta Rusiya da dəstək verər. Çünki Paşinyan Rusiyanın moderatoru olduğu Minsk qrupunun və Madrid prinsiplərinin əleyhinə çıxış edir. Rusiya onu düz yola gətirmək və ümumiyyətlə, Paşinyanın nümunəsində erməni qərbçilərini birdəfəlik məhv etmək üçün buna razılıq verə bilər.
Hər halda, Paşinyan aparıcı vəzifələrə Rusiyanın qatı düşmənlərini təyin edir. Gela Vasadze Qarabağda müharibənin avqust ayında - Rusiyada futbol üzrə dünya çempionatı gedən zaman başlayacağını düşünür. Bəlkə də yanılmır, bu, Rusiyaya Paşiyanın müharibəni dayandırmaq barədə xahişlərini qulaqardına vurmaq üçün əlverişli bəhanə verə bilər.
loading...
XƏBƏR LENTİ