15 may 14:53Qarabag

Ermənilər Xocalıda şadlıq evi tikir

Ermənilər Xocalıda şadlıq evi tikirErmənistan diasporunun topladığı ianələr hesabına Azərbaycanın işğal altındakı Xocalı qəsəbəsində şadlıq evi tikilir.

150 yerlik şadlıq evi icma mərkəzi ilə eyni binada yerləşəcək.

Mərkəzdə komputer otağı, kitabxana, inzibati otaqlar və tibb məntəqəsi də olacaq. Tikinti işlərinə "Hayastan” fondunun Kanadanın Toronto şəhərində fəaliyyət göstərən filialı dəstək olacaq.

Şadlıq evinin bu ilin sonlarında isitfadəyə veriləcəyi gözlənilir. Bundan əvvəl, Xocalıda 70 uşaq üçün bağça da açılmışdı.
modern.az
loading...
XƏBƏR LENTİ