18 apr 19:54Qarabag

Rusiyalı ekspert: Azərbaycan “Polonez” raketləri ilə Ermənistanı dağıda bilər

Rusiyalı ekspert: Azərbaycan “Polonez” raketləri ilə Ermənistanı dağıda bilərBu il ərzində Belarus “Polonez” reaktiv yaylım atəşi sistemlərinin ixracına dair ilk müqavilənin yerinə yetirilməsinə başlayacaq. Müqavilə çərçivəsində 10 “Polonez” kompleksinin ixracı nəzərdə tutulur, alıcı isə Azərbaycandır!

Bu sensasion məlumatı nüfuzlu “Kommersant” qəzeti yayıb. “Polonez” raket komplekslərinin ilk ixrac partiyasının bu il ərzində müştəriyə çatdırılacağı barədə “Kommersant”a Belarus Müdafiə Nazirliyinə yaxın qaynaq bildirib. Mənbə deyib ki, ilk ixrac müqaviləsinə əsasən sifarişçiyə 10 kompleks çatdırılacaq. Bura raketlər, nəqliyyat-doldurucu maşınlar, idarəetmə məntəqəsi, radiolokasiya stansiyası və s. daxildir.

Azərbaycanın “Polonez” raketlərini alması Ermənistanda ciddi təşviş yaradıb. News12.az-ın məlumatına görə Ermənistan mətbuatı raketlərin Qarabağ cəbhəsində güc balansına təsiri ilə bağlı Rusiyanın “Milli Müdafiə” nəşrinin baş redaktoru İqor Korotçenko fikirlərini öyrənib. Rusiyalı ekspert bildirib ki, bu gün Ermənistan və Azərbaycan arasında hərbi balans saxlanılır. Ancaq raketlərin alınması Azərbaycan ordusunun atəş qabiliyyətini xeyli artıra bilər.

News12.az
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47