08 apr 14:50Qarabag

Erməni əsgərlər: "Aprel döyüşlərində qumbara kimi daşdan istifadə edirdik"

Erməni əsgərlər: "Aprel döyüşlərində qumbara kimi daşdan istifadə edirdik"2016-cı ilin aprel döyüşlərində məhv edilən təxribatçı erməni hərbçilərindən biri də Gümrü sakini Merujan Stepanyan olub.

Erməni KİV-lərinə istinadən xəbər veririk ki, aprel döyüşlərində Talış istiqaməti təxribatçı erməni zabiti, baş leytenant Stepanyanın son məkanı olub.

Talış istiqamətindəki ermənilərin işğal altında saxladıqları 170 nömrəli mövqedə qulluq edən Stepanyanın ölüm xəbərini ailəsinə aprelin 3-də bildiriblər. Stepanyanın valideynləri, Talış istiqamətindəki 170 nömrəli postda baş verənləri yeganə sağ qalan yaralılar, Martunidən olan Bağdasaryan və Yeğvarddan olan Nikoğosyandan öyrəniblər.

Onlar, xatirələrini danışarkən bildiriblər ki, döyüş ərəfəsində artıq silahları qurtarmışdı. Silah əvəzinə, qumbara kimi daşdan istifadə edən erməni əsgərlər, silahlarının olmadığını, kömək gəlmədiyini bildiriblər.

Baş leytenant Stepanyan bir neçə dəfə zəng edib kömək istəyib, silahlarının qurtardığını, yaralılarının olduğunu bildirsə də, heç bir yardım göndərilməyib. Postda 9 nəfər olmaqla 5 və 4 say hesabı ilə iki yerə bölünüblər. Stepanyan həmin 170 nömrəli postda məhv edilib. Onlar qüvvələrimizin artıq Talışda olduğunu, bəzi kömək gətirən maşınları, o cümlədən silahlanma üzrə müavin, mayor Hayk Torosyanın da pusquya düşdüyünü bildiriblər.

Ordu.az
loading...
XƏBƏR LENTİ
Dünən, 09:49