08 apr 09:19Qarabag

Ermənilər 2 uşaq, 7 qadını diri-diri yandırmışdı

Ermənilər 2 uşaq, 7 qadını diri-diri yandırmışdıBu gün ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırım siyasətinin daha bir qurbanının - Ağdaban faciəsinin 26-cı ildönümüdür.

Axar.az xəbər verir ki, 1992-ci il 8 aprelində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndı tamamilə erməni separatçıları tərəfindən yandırılmışdı. Kəndin 779 dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib.

Faciə zamanı itkin düşən 2 nəfərin taleyi hələ də bəlli deyil. 12 nəfər isə ağır bədən xəsarətləri alaraq əlil olublar.

Bununla kifayətlənməyən erməni vandalları tarixi, memarlıq və mədəniyyət abidələrini dağıdaraq məhv edib, müqəddəs ziyərətgah və qəbiristanlıqları təhqir etməkdən çəkinməyiblər.

Ağdaban kəndində klassik Azərbaycan şeirinin ustadı Ağdabanlı Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmalarını yandırıb talan ediblər.

Xatırladaq ki, 1993-cü il martın 26-da bu faciə bir daha təkrarlanıb. Bunun ardınca isə Kəlbəcər rayonunun işğalı gercəkləşdirilib.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
loading...
XƏBƏR LENTİ