13 mar 11:37Qarabag

Qarabağda müharibə havası - Azərbaycan erməniləri qorxuya saldı

Qarabağda müharibə havası - Azərbaycan erməniləri qorxuya saldıAzərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimləri Ermənistan da günün əsas mövzusu olub. “İlham Əliyev əzələ nümayişi etdirir, ATƏT-in Misnsk qurpunun həmsədləri və bütün dünya ictimaiyyətinə bildirir ki, Qarabağ probleminin həllində konkret addımlar gözləyir”, kimi manşetlər erməni nəşrləri "bəzəyir".

Erməni mətbuatının fikrincə, hərbi təlimlər Qarabağda hərbi əməliyyatların başlamasına işarədir. Hətta onlar bu məsələ ilə bağlı Rusiya Starategiyalar və Texnologiyalar Analiz Mərkəzinin direktor müavini Konstantin Makienkodan da açıqlama alıblar. “Təlimlər günimiqyaslı hücuma hazırlıq və ya 2016-cı ildəki dördgünlük müharibənin təkrarı üçün klassik variantdır. Bunun baş verməsii ehtimalı yüksəkdir”, deyə o bildirib.

Ümumiyyətlə ötən gün başlayan hərbi təlimlər Ermnistanı həddindən artıq qorxudub. İstiPress Ermənistanla strateji tərəfdaşı olan Rusiya arasında soyuqlaşma olduğunu yazmışdı. Bu ilk növbədə İrəvanın öz gələcəyini Avropa İttifaqı ilə bağlamaq, bununla yanaşı Moskva ilə münasibətlərinə də ziyan gəlməməsinə çalışmaq qərarı ilə bağlıdır. Hətta Rusiyanın NTV kanalı da xüsusi veriliş də hazırlanmış və Ermənistan gəzəyən, xəyanətkar həyat yoldaşı kimi təqdim edilmişdi.

Ermənistanın narahatlığı həm də bir müddət öncə Moskvada səslənən Qarabağ müharibəsinə müdaxilə edilməyəcəyi ilə bağlıdır. Bir vaxtlar məhz Moskvanın köməyi ilə Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi. İndi isə hər şey tərsinədir.

Məhz bütün bunlara görə, rəsmi İrəvanın tapşırığı ilə erməni mətbuatı təlimlərdən qorxuya düşərək səs-küy salmağa başlayıb. "Qərb bizi satır. Bakının bu addımı Qarabağ müharibəsində nəyə səbəb ola bilər?". Burada sirr yoxdur. Qabağın və ətraf rayonların erməni işğalçılarından tam azad edilməsinə...

Bu barədə dəfələrlə prezident İlham Əliyev də bildirib. Bunu isə bütün ölkə istəyir.
loading...
XƏBƏR LENTİ
Bu gün, 11:40