14 fev 10:11Qarabag

Bu il Dağlıq Qarabağda böyük müharibə başlayacaq - ABŞ-ın kəşfiyyat şefi

Bu il Dağlıq Qarabağda böyük müharibə başlayacaq - ABŞ-ın kəşfiyyat şefiDağlıq Qarabağ ətrafında Ermənistan və Azərbaycan arasındakı gərginlik irihəcimli hərbi münaqişəyə keçə bilər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Koutsun “Ümumdünya təhlükələrin qiymətləndirilməsi” məruzəsində deyilir.

Məruzədə 2018-ci ildə ABŞ-ın milli təhlükəsizliyinə təhdidlər yer alır.

D.Kouts bu il Dağlıq Qarabağda böyük müharibənin başlaya biləcəyini istisna etmir.

“Tərəflərdən heç birinin güzəştə getməməsi, kənardan təzyiqin gücləndirilməsi, Azərbaycanın sabit şəkildə ordusunu müasirləşdirməsi və Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə Dağlıq Qarabağda irihəcimli döyüş hərəkətlərinin olmasına gətirib çıxara bilər”, - deyə məruzədə qeyd olunur.

Məruzədə Kremlin keçmiş sovet ölkələri ərazisində öz təsirini gücləndirməyə çalışacağı bildirilir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ