29 yan 11:03Qarabag

Ter-Petrosyanın Heydər Əliyevlə Qarabağ sazişi imzalamasının QARŞISINI KİM ALDI? - 20 illik SİRR

Ter-Petrosyanın Heydər Əliyevlə Qarabağ sazişi imzalamasının QARŞISINI KİM ALDI? - 20 illik SİRR “Ermənistanda radikal güclər Levon Ter-Petrosyana Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla saziş bağlamağa icazə vermədi və onu istefaya getməyə məcbur etdilər. Bu, çox kədərli faktdır”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Özbəkistandakı və Ukraynadakı keçmiş səfiri, Vaşinqtonda “Atlantic Council” analitik mərkəzinin Dina Patrisiya adına Avrasiya bölməsinin direktoru Con Herbest deyib.

O, Ter-Petrosyanın münaqişəni həll etmək istədiyini xatırladıb.

“Mən 20 il öncə Dövlət Departamentində bu məsələlərin üzərində işləyəndə Ermənistana ciddi dövlət xadimi Ter-Petrosyan rəhbərlik edirdi. O, həqiqətən də sülh razılaşmasına nail olmaq istəyirdi. Lakin o, Qarabağ münaqişəsiin həlli ilə bağlı plana razılıq verəndə və Azərbaycanla sülh sazişi imzalamağa hazırlaşanda İrəvandakı və erməni diasporundakı radikal güclər onu devirdilər”, - deyə o bildirib.

Amerikalı diplomat əlavə edib ki, ermənilərin Qarabağ məsələsində radikal mövqeləri özləri üçün çətin vəziyyət yaradıb və bu, onların gələcələyinə ziyandır.

Qeyd edək ki, 1998-ci ildə Levon Ter-Petrosyan işğal olunmuş ərazilərin azad olunmasını nəzərdə tutan sazişə imza atmağa hazırlaşanda erməni millətçilər onu istefaya getməyə məcbur etdi. Hazırda “Erməni milli konqresi” partiyasına liderlik edən siyasətçi hələ də “Qarabağ münaqişəsi Ermənistanın inkişafının qarşısını alır, münaqişə tezliklə həll olunmalıdır, əks təqdirdə erməniləri yaxşı gələcək gözləmir” tezisini müdafiə edir. Lakin Ermənistanın işğalçı rejimi bu tezisə görə onu “vətən xaini” adlandırır.
loading...
XƏBƏR LENTİ