25 yan 10:46Qarabag

Bakı apreldə İrəvana ağır zərbə endirə bilər - Şans

Bakı apreldə İrəvana ağır zərbə endirə bilər - ŞansAzərbaycan da Moldova kimi Dağlıq Qarabağ məsələsinə görə məhkəmə yolu ilə iddia qaldıraraq, Ermənistandan böyük məbləğdə təzminat tələb edə bilər. Bu da işğalçıya qarşı vurulan çox ağır bir zərbə olar.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli AŞPA-nın Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri Stefan Şennakın Dağlıq Qarabağla bağlı danışıqların apreldə fəallaşacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. O vurğulayıb ki, Dnestryanı bölgə ilə bağlı aparılan müzakirələr diqqətçəkən nəticələrə gətirib çıxarıb:

“Rusiyanın Dnestryanını işğal etməsi, bir növ, sübut edilib. Bu, Moldova üçün prinsipial əhəmiyyətə malik olan dəyərləndirmədir. Bundan başqa, Moldova Rusiyanı beynəlxalq məhkəməyə verib və bu işğal nəticəsində ölkəsinə dəymiş ziyana görə ondan çox böyük məbləğdə təzminat istəyir. Göründüyü kimi, sülh danışıqları, danışıqlar prosesi, məsələnin məhkəmə və digər yollarla araşdırılması çox ciddi səmərə verir. Dnestryanı bölgə ilə müqayisədə Dağlıq Qarabağ daha ciddi müharibənin nəticəsində ələ keçirilib. Bu müharibədə Ermənistan qoşunları ilə yanaşı, Rusiyanın müəyyən hərbi hissələri də iştirak edib. Azərbaycan da Moldovanın yolu ilə getməlidir. Ərazilərinin işğal faktına görə işğalçıdan öz hüquqlarını tələb etməlidir. Azərbaycan indiyə qədər dəfələrlə işğal nəticəsində ölkəmizə dəymiş zərəri hesablayıb və ən sadə hesablamalar göstərir ki, bu zərərin həcmi 300 milyard dollara yaxındır”.

Politoloq qeyd edib ki, AŞPA Alt Komitəsi postsovet məkanındakı münaqişələrlə məşğul olur:

“Apreldə artıq Alt Komitə Dağlıq Qarabağla bağlı araşdırmalara başlayacaq. O zaman bizim həm AŞPA-da olan deputatlarımız, həm də ümumiyyətlə, Azərbaycan dövləti çox fəal olmalıdır. Unutmaq olmaz ki, AŞPA Ermənistanı Azərbaycana qarşı təcavüz edən dövlət kimi tanıyıb. Bu dəfə Alt Komissiyanı həm də Azərbaycana dəymiş ziyanın öyrənilməsinə və onun qiymətləndirilməsinə yönəltmək lazımdır. Çünki Azərbaycan bu münaqişə nəticəsində həddindən artıq böyük itkilərə məruz qalıb”.

Politoloq vurğulayıb ki, AŞPA ermənilərin Azərbaycana qarşı su genosidini həyata keçirməsi ilə bağlı da qərar qəbul edib:

“Burada Sərsəng su anbarının suvarma mövsümündə bağladılaraq, qış aylarında suların Tərtər çayına buraxılmasından söhbət gedir. Bunun nəticəsində təkcə işğal edimiş ərazilərə yox, həm də Aran Qarabağa olduqca böyük ziyan vurulur. Yəni Dnestryanı bölgə ilə müqayisədə ermənilərin Azərbaycana vurduğu ziyanın məbləği ölçüyəgəlməz dərəcədə böyükdür. Biz məsələnin bu istiqamətinə də beynəlxalq ictimaiyyətin diqqətini yönəltməliyik. Ermənistana qarşı irəli sürəcəyimiz iddiaların sayı həddindən artıq çoxdur. Bununla da Ermənistanı böyük təzminat ödəməyə məcbur edə bilərik. Alt Komissiya fəallaşdıqdan sonra Ermənistana qarşı effektiv mübarizənin yeni imkanları yaranacaq”.

Qeyd edək ki, AŞPA-nın Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri Stefan Şennak açqılamasında aprel ayında Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlara yenidən başlayacaqlarını bildirib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ