09 apr 09:16Qarabag

Azərbaycan 6 meyiti Ermənistana verdi - Cəbhədə

Azərbaycan 6 meyiti Ermənistana verdi - CəbhədəBeynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan bölməsinin həkimləri qoşunların təmas xəttində - Talış kəndi ətrafında həlak olmuş 7 hərbçinin meyitini götürüb.

Axar.az RİA-ya istinadən xəbər verir ki, aprelin 2-si və 4-ü Azərbaycan hərbi birləşmələri Talış kəndində ermənilərin müdafiəsini yarıb və ərazini ələ keçirib. İnsident zamanı xeyli itki olub.

Aprelin 8-də öncədən təyin edilmiş vaxtda, saat 15:00-da qoşunların təmas xəttində yerləşən postlardan birinə hər iki tərəfdən nümayəndələr gəliblər. BQXK-nin erməni nümayəndələri Azərbaycan tərəfinə təhvil verilmək üçün bir hərbçinin cəsədini gətiriblər. Azərbaycan tərəfi isə qarşı tərəfə 6 erməni hərbçisinin cəsədini verib.

Qeyd edək ki, aprelin 8-də ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi barədə razılıq əldə edilmişdi.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ