12 yan 10:56Qarabag

8 gün ərzində düşmən 4 itki, 10 yaralı verib — Müdafiə Nazirliyi

8 gün ərzində düşmən 4 itki, 10 yaralı verib — Müdafiə NazirliyiYalnız rəsmi məlumatlara görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb".

Azərbaycan Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Ermənistan və işğal altında yerləşən Qarabağda düşmən itkilərinin sayı daim artır.

Nazirlik yalnız rəsmi məlumatlara əsasən, 2017-ci ildə düşmən tərəfinin 32 döyüş və 30 qeyri-döyüş itkisi verdiyini, o cümlədən ermənilərin 100-dək yaralısı olduğunu bildirib. Düşmənin rəsmi məlumatlarını qismən də olsa erməni KİV-ləri yalanlayıb. Belə ki, erməni KİV-lərində bu say 60 olaraq göstərilib.

Müdafiə nazirliyinin məlumatına görə, həqiqətdə Ermənistan tərəfinin real itkiləri rəsmi göstərilən rəqəmlərdən qat-qat artıqdır. "Yalnız rəsmi məlumatlara görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb", - deyə nazirliyin açıqlamasında bildirilib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ