08 apr 12:54Qarabag

Qarabağda 3-dən çox PKK üzvü öldürülüb

Qarabağda 3-dən çox PKK üzvü öldürülüb“Dağlıq Qarabağda Azərbaycan hərbçilərinə qarşı döyüşən PKK terrorçuları ağır itki verib”

Bu barədə “Yeni Şafaq” qəzetinin jurnalisti Yılmaz Bilgin məlumat verib.

400 terrorçunun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilməsi ilə bağlı xəbərin müəllifi olan Yılmaz Bilgin Qarabağda 3-dən çox PKK üzvünün öldürüldüyünü deyib.

“Təhlükəsizlik xidmətlərindən aldığım son məlumata görə, PKK terrorçuları cəbhə xəttində gedən atışmalarda itki verib. Qarabağda Azərbaycana qarşı döyüşən PKK-nın 3-dən çox üzvü öldürülüb. Ölü sayının 3-dən çox olduğu istisna deyil. Ermənilər PKK terrorçularını cəbhənin ön xəttinə göndərir”,- deyə Yılmaz Bilgin qeyd edib.

Qeyd edək ki, Türkiyə KİV-lərin yaydığı xəbərdə terrorçuların İraq və Suriya düşərgələrindən Ağrı dağı vasitəsilə Ermənistana keçdiyi qeyd edilir. Məlumatlara görə, PKK-nın Ermənistana hərbiçi göndərmə planı Kürdüstan Cəmiyyətlər Birliyinin (KCK) həmsədri Bese Hozat tərəfindən həyata keçirilir. Onun İrəvanla gizli danışıqlar apardığı bildirilir.

Bundan başqa PKK-nın Suriya qanadı olan PYD-nin tərkibində 150 erməni əsilli terrorçu da Qarabağa göndərilib.
AzVision.az
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ