10 dek 10:28Qarabag

Qarabağ üçün son görüşdə İrəvanı razı salan məqam

Qarabağ üçün son görüşdə İrəvanı razı salan məqamDüzdür, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesi intensivləşir, ancaq bunun hələ hara aparıb çıxaracağını söyləmək çətindir.

Bu sözləri Axar.az-a Azərbaycan və Ermənistan XİN başçılarının Vyana görüşünün yekunu ilə bağlı Axar.az-a danışan millət vəkili, politoloq Rasim Musabəyov deyib.

“Xarici işlər nazirlərinin bu dəfəki görüşündə də ənənəvi olaraq yeni bir şey yoxdur, sadəcə olaraq, danışıqların intensivləşdirilməsiylə nəticəyə varmağın vacibliyi qeyd olunub. Azərbaycan da hər zaman bunu bəyan edib. Vyana görüşündə erməniləri qane edən məqam münaqişənin dinc yolla həlli ilə bağlı xəbərdarlıqdır”, - deputat bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçıları , Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etmək məqsədilə dekabrın 7-də ATƏT-in xarici işlər nazirlərinin görüşü çərçivəsində Vyanada bir araya gəliblər.

Bundan əvvəl isə E.Məmmədyarov və E.Nalbəndyan ayrı-ayrılıqda Minsk qrupunun həmsədrləri ilə görüş keçiriblər.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46