03 dek 11:15Qarabag

Putinin adamı: azərbaycanlılar Qarabağa qaytarılmalıdır

Putinin adamı: azərbaycanlılar Qarabağa qaytarılmalıdır“Bütün dünya ictimaiyyəti Qarabağı Azərbaycanın ərazisi sayır”

“Qarabağ ermənilərlə yanaşı, həmişə orada yaşamış və indi oradan qovulmuş azərbaycanlılara məxsusdur”.

İstiPress-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin yanında vətəndaş cəmiyyətinin inkişafı və insan haqları şurasının üzvü, tanınmış ictimai xadim Maksim Şevçenko “Youtube”da yeni yerləşdirdiyi video müraciətində bildirib.

“Mən düşünürəm ki, azərbaycanlılar Qarabağa geri qaytarılmalıdır”,- deyə Maksim Şevçenko erməni mənşəli Rusiya mediamaqnatı Aram Qabrelyanova ünvanladığı video müraciətində bildirib.

Söhbət Rusiyanın Birinci kanalında gedən tok-şouda Maksim Şevçenkonun polşalı millətçi ilə mübahisədə Qarabağın Azərbaycana məxsus olduğunu vurğulamasından sonra başlayıb. Polşa millətçisi Avropa Birliyinin adından danışdığını və Qarabağın Ermənistana verilməsinin tərəfdarı olduğunu iddia edib. Maksim Şevçenko isə onun sözünü kəsərək Qarabağın Azərbaycan torpağı olduğunu vurğulayıb.

Video müraciətdən belə görünür ki, mediamaqnat Aram Qabrelyanov Maksim Şevçenkonun bu ifadələrindən incidiyini ifadə edib. Maksim Şevçenko isə ona video ilə müraciət edərək fikrini daha geniş izah edib: “Hüquqi olaraq Qarabağ Azərbaycanındır. Bütün dünya ictimaiyyəti Qarabağı Azərbaycanın ərazisi sayır”,- deyə Maksim Şevçenko bildirib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ