17 noy 19:50Qarabag

Qarabağda “ikinci cəbhə”, 5 ay sonra hücum planı

Qarabağda “ikinci cəbhə”, 5 ay sonra hücum planıAzərbaycan xarici işlər naziri Moskvada ATƏT-in Minsk qrupunun həmsədrlərlə görüşüb. Dekabr ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Türkiyə prezidentinin Rusiyaya növbəti səfərinin tarixi açıqlanıb. ABŞ-dan təxminən 4 min TIR silahı və sursat alan PKK/PYD terror təşkilatı Suriya rejimindən kimyəvi silah əldə edib. ABŞ-da Demokrat partiyasından olan bir qrup konqresmen Donald Trampın impiçmentinə dair dinləmələr keçirmək təşəbbüsü ilə çıxış edib.

Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib. Qapalı keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı müzakirələr aparılıb.

Görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də müzakirə edilib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Nazirlər Şurasının dekabrda Vyanda keçiriləcək toplantısı çərçivəsində görüşməyə razılıq veriblər. Bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Soçi görüşündə 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşıb. Bu barədə diplomatik mənbələr “Novosti” agentliyinə məlumat verib.

Diplomatik mənbələr Ərdoğan və Putinin görüşdə “Lavrov planı”nı müzakirə etdiklərini qeyd ediblər.

“Liderlər 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşdılar. Qərara alındı ki, bundan sonra münaqişənin nizama salınması bu istiqamətdə davam etsin”, - deyə məlumatda qeyd olunur.

Ermənistan prezidenti Serj Sarkisyanın müdafiə naziri olduğu vaxtda ABŞ-ın keçmiş müdafiə naziri (Pentaqon şefi) Donald Ramsfeldlə məxfi danışıqları ortaya çıxıb.

Ermənistanın keçmiş baş nazirinin müşaviri, politoloq Suren Sarkisyan 2001-ci ildə baş tutan görüşlə bağlı məxfi məlumatları Pentaqonun arxivlərindən əldə edib. Artıq məxfilikdən çıxarılan bu məlumatlarda Sarkisyanla Ramsfeldin apardığı danışıqlar öz əksini tapıb.

2018-ci ilin aprelində prezident səlahiyyətlərini başa vuracaq Serj Sarkisyan hakimiyyət üzərində nəzarətini saxlamaq üçün müxtəlif taktikalara əl atır.Oktyabrın 16-da Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ danışıqları aparan Sarkisyan İrəvana qayıdan kimi gözlənilməz addım atdı.

Ukrayna millətçisi və döyüşçüsü, Ali Radanın deputatı İqor Mosiyçuk Rusiyaya qarşı Qafqazdan “ikinci cəbhə”nin açılmasını, bunun üçün regionda qarşıdurmanı alovlandırmağı təklif edib. Deputat “ikinci cəbhə”nin Ukraynaya Donetskdə qələbə qazanmağa imkan verəcəyini hesab edir.

“Biz İskeriyada (Şimali Qafqazda - red.) üsyan qaldırmalıyıq. Bununla yanaşı, Qafqazda “ikinci cəbhə”nin açılmasına nail olmalıyıq. Rusiya “ikinci cəbhə”də vuruşa bilməyəcək. Bu, Ukraynanın qələbəsini əhəmiyyətli dərəcədə sürətləndirəcək”, - deyə Mosiyçuk vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan noyabrın 22-də Rusiyaya səfər edəcək. Ərdoğan Rusiya, İran və Türkiyə arasında Suriya üzrə keçiriləcək üçtərəfli sammitdə iştirak edəcək.

Qeyd edək ki, Türkiyə prezidenti noyabrın 13-də Rusiyanın Soçi şəhərində həmkarı Vladimir Putinlə görüşüb.

ABŞ-dan təxminən 4 min TIR silahı və sursat alan PKK/PYD terror təşkilatı Suriya rejimindən kimyəvi silah əldə edib. Bu iddia ilə 2012-ci ilin əvvəlində Suriya ordusunda Kimyəvi Silahlar üzrə Dairə Başçılığı vəzifəsini icra edən general Zahir Sakid çıxış edib.

Onun sözlərinə görə, terror təşkilatı 2015-ci avqustun 31-də Bəşər Əsəd rejimi ilə kimyəvi silah mövzusunda razılaşıb. Razılaşma çərçivəsində Dəməşq PKK/PYD-yə xeyli miqdarda xardal qazı verib. Suriya ordusundan ayrılan generala görə, başlığına xardal qazı kapsulu yerləşdirilmiş 100 mərmi hazırda terror təşkilatının əlindədir.

ABŞ-da Demokrat partiyasından olan bir qrup konqresmen Donald Trampın impiçmentinə dair dinləmələr keçirmək təşəbbüsü ilə çıxış edib. Bu barədə informasiyanı “Politiko” nəşri yayıb.

Nümayəndələr Palatasının üzvü Stiv Koen artıq Demokratlardan 5 nəfərin prezidentə qarşı impiçment haqqında Konstitusiyanın 5-ci maddəsinin tətbiq edilməsi barədə qətnamə layihəsini imzaladığını bildirib.

Demokratlar Donald Trampın ən azı 5 dəfə - FTB direktoru Ceyms Komini qovmaqla, xarici hədiyyələr və mükafatların qəbul edilməsi barədə qadağanını pozmaqla, biznesindən mənfəət qazanmağa davam etməklə, federal məhkəmə sistemi və mətbuat azadlığını pozmaqla Konstitusiya tələblərinə əməl etmədiyini bildiriblər.

“Patriot” raket hücumundan müdafiə komplekslərinin Polşada yerləşdirilməsi Rusiyanın mühasirəyə alınması üzrə ABŞ-ın planının bir hissəsidir. Bunu Rusiyanın xarici işlər nazirinin birinci müavini Vladimir Titov bildirib.

“Patriot” Amerika raket komplekslərinin Polşa ərazisində yerləşdirilməsi haqqında planlardan xəbərdarıq. Bu, mifik təhlükələr bəhanəsi ilə Rusiyanın mühasirəyə alınması üzrə ABŞ-ın strateji planının bir hissəsidir. Bu təhlükələr guya şərq istiqamətdən çıxır”, - Titov deyib.

Onun sözlərinə görə, ABŞ bu planların həyata keçirilməsi üçün Avropa ölkələrini, həmçinin Polşanı cəlb edir.

Daha əvvəl yayılan xəbərə görə, Polşa “Patriot” komplekslərinin 8 batereyasının alınması üzrə ABŞ-la razılaşmanı imzalamağa hazırdır.

Qırğızıstan prezidenti Almazbek Atambayev Avrasiya İqtisadi İttifaqı çərçivəsində iqtisadi əməkdaşlığın inkişafı haqqında Qazaxıstanla razılaşmanı denonsasiyası (etibarsız elan edilməsi - red.) ilə bağlı qanun layihəsini imzalayıb. Bu haqda dövlət başçısının mətbuat xidməti bildirib.

Xatırladaq ki, qanun layihəsini Qırğızıstan parlamenti noyabrın 9-da qəbul etdi. Qanun layihəsi oktyabrın 20-də - Qırğızıstan prezidentliyinə müxalifətdən olan namizəd Omurbek Babanovla Qazaxıstan lideri Nursultan Nazarbayevin görüşü ilə iki ölkənin arasında yaranan diplomatik qalmaqaldan sonra göndərilmişdi.

“Sülhməramlılarla bağlı qətnamə layihəsi 2017-ci ilin sonuna kimi qəbul edə bilər, 2019-cu ildə isə Donbas məsələsinin qəti həlli üçün şans var”. Bu haqda Ukrayna hakimiyyətindəki mənbəyinə istinadən “Apostrof” nəşri yazıb.

“Qətnamə layihələsi ilin sonuna kimi qəbul edilərsə, yarım il ərzində detallar araşdırılacaq. Bu o deməkdir ki, növbəti ilin payızında missiyanın genişləndirilməsi başlanacaq. 2019-cu ilin mayında isə Donbasda seçkilərin keçirilməsi mümkündür”, - nəşrin həmsöhbəti qeyd edib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 12:15
Dünən, 10:41