16 noy 15:14Qarabag

"Rusiyanın təkliflər paketində..." - Politoloq

"Rusiyanın təkliflər paketində..." - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

Rusiyanın Qarabağ konfliktinin nizamlanması istiqmətində vasitəçiliyi hazırda intensivləşib. Rusiyanın masada real təkliflər paketi var. Bu təkliflər paketi ictimaiyyətə açıqlanmasa da, Kremlin ideoloqu Aleksandr Dugin tərəfindən bir neçə dəfə səsləndirilib.

Bu təkliflər paketində 5 rayonun qaytarılması müqabilində Azərbaycanın Rusiyanın planlarında yer alması və Qarabağda Rusiyanın “sülhməramlı qüvvələrinin” yerləşdirilməsidir.

Ötən ay İsveçrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə müsbət irəlləyiş əldə olunmamasına baxmayaraq, danışıqlar prosesinin aparılması üçüyn müəyyən razılıq əldə olunub. Qeyd edim ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri Minsk qrupunun həmsədrləri ilə birgə və ayrı-ayrılıqda görüşlər keçirir, bu istiqamətdə danışıqlar aparılır.

Bu gün Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Moskvada Minsk qrupunun üzvüləri ilə görüşəcək. Qeyd edim ki, Ermənistan XİN rəhbəri Eduard Nalbandyan Moskvadadır. Dünən həmsədrlərlə görüşüb.

Minsk qrupunun həmsədrlərinin və XİN rəhbərlərinin Moskvada danışıqları aparması, şübhəsiz Rusiyanın irəli sürdüyü həll formuları ilə bağlıdır. Bu həll variantalarına Kazan və Santk- Peterburqda əldə olunan razılaşmalarda daxildir.

Rusiya danışıqlarda dominatlığını öz üzərinə götürməklə, danışıqları müəyyən çərçivəyə qədər aparması istisna edilmir. Bu ayın 13-də Soçidə Türkiyə və Rusiya prezidentləri görüşündə Qarabağ münaqişəsi müzakirə edilib. Amma,bu görüşdə Türkiyənin rolu qəbul edilsədə, həll edici missiya kimi Moskva problemi öz inhisarında saxlayır. Ona görədə burada Ərdoğanın ciddi rolu yoxdur. Rusiya Türkiyənin Cənubi Qafqazda siysi olaraq güclənməsini qəbul etməz.

Bir neçə gündən sonra Segey Lavrov Bakı və Yerevana gələcək. Segey Lavrov regiona konkret təkliflərlə gəlir. Bu təkliflər təssüf ki, konfliktin “Paket həllini” özündə əks etdirir. Ortada "Yenilənmiş Madrid prinsipləri" yoxdur. Madrid prinsipləri münaqişənin mərhələli həllini nəzərdə tutur. Görünür, "mərhələli həll" planı üzrə danışıqlar apaarılmır.

Rusiya Azərbaycanı “Paket həll” variantına inandırmağa çalışır. Moskvada Minsk qrupunun həmsədrlərinin XİN rəhbərləri ilə birgə görüşündə "Paket həll" variantı müzakirə ediləcək. Hazırda Ermənistan bu həll variantına hazırdır. Bir müddət bunadan əvvəl, Ermənistan prezidenti güzəştlərdən danışmışdı. Hətta "ağrılı güzəşt" kimi tələbələrə xitabən vurğulamışdı. Bu güzəştlər, əsasən 5 rayonun Azərbaycana verilməsindən gedir. Əvəzində isə Kəlbəcər, Laçın isə qeyri-müəyyən vaxtda kimi Ermənistanın nəzarətində qalır, Qarabağa aralıq status məsələsi müzkirə predmeti olur, rus sülhmərmlıları Qarabağda yerləşdirilir.

Göründüyü kimi, hazırda aparılan müzakirələr Azərbaycanın ərazi bütövlüyünü təhdid edir. İki rayon və Qarabağ inzibati sərhədləri daxilində Azərbaycandan kənar saxlanılır. Rus sülhməramlı qüvvələr regionda yerləşdirilməklə, birdəfəlik ərazilər əlimizdən çıxa bilər.

Rusiya, hazırda çox ciddi şəkildə “Paket həllini” Azərbaycana sıramağa çalışır. Azərbaycan Rusiyanın bu təkliflər paketindən imtina etməli, “Mərhələli həll” planını üzrə danışıqların aparılmasını tələb etməlidir. Azərbaycan danışıqlar aparsada “Paket Həll” variantını qəbul etməyəcək. Növbəti danışıqlar raundunun növbəti faiskosu gözlənilir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ