12 iyl 16:33Qarabag

15 erməni hərbçi yaralandı

15 erməni hərbçi yaralandıÖtən gün axşam saatlarında Dağlıq Qarabağda növbəti dəfə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi yük maşını qəzaya uğrayıb.

“APA” xəbər verir ki, yol-nəqliyyat hadisəsində Cəbrayıl yaxınlığındakı hərbi poliqondan qayıdan 15 nəfərədək hərbi qulluqçu xəsarət alıb. Bu barədə sosial şəbəkələrdə yerli hərbi bölmələrdən birinin taqım komandiri Vladimir Qriqoryan adlı şəxs yazıb. V. Qriqoryan keçmiş xidmət yoldaşı, hazırda Sisian şəhərində yaşayan, Sarkis Ağacanyana onu da bildirib ki, hadisə nəticəsində əsasən, Martunidə yerləşən hərbi hissədən olan gənc əsgərlər xəsarət alıblar.

V. Qriqoryanın sözlərinə görə, hadisə yerinə gələn təcili yardım maşınları yaralıları yerli hospitala çatdırıblar. Üç əsgərin vəziyyəti ağır qiymətləndirilir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46