05 iyl 16:54Qarabag

5 erməni hərbçisi öldürülüb, daha 3 nəfəri yaralanıb

5 erməni hərbçisi öldürülüb, daha 3 nəfəri yaralanıbÖtən gecə cəbhə bölgəsində baş verən gərginlik nəticəsində Ermənistan silahlı qüvvələrinin 5 hərbçisi öldürülüb, daha 3 nəfəri yaralanıb.

Report.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Ermənistanın aktiv səhifələrindən biri məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Xankəndi hospitalına 5 ölü, 3 yaralı hərbi qulluqçu aparılıb. Hazırda ölən və yaralıların adları dəqıqləşdirilir.

“Ermənistan Müdafiə Nazirliyi komandanlığı bu rejimlə bərabər xalqdan həqiqəti nə məqsədlə gizlədir? Cəbhədə davam edən gərginlikdən sonra həmişə olduğu kimi ordunun itki vermədiyi haqqında məlumat verildi. Aprel döyüşlərində də belə edirdilər. Ordu komandanlığı dəyişdi, amma itkilərin sayında heç nə dəyişmədi”, - məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunub ki, Mardakertdə yerləşən hərbi hissələrdən birində hərbi qulluqçular arasında kütləvi zəhərlənmə faktı qeydə alınıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46