05 iyl 10:49Qarabag

“Qızımın intiqamını alacağam” — Erməni əsgərlərin dünən öldürdüyü 2 yaşlı Zəhranın atası

“Qızımın intiqamını alacağam” — Erməni əsgərlərin dünən öldürdüyü 2 yaşlı Zəhranın atası“Ermənilər dəfələrlə bizim kəndimizi atəşə tutub. Bir neçə gün əvvəl də mərmi atmışdılar”.

Bunu azvision.az-a açıqlamasında dünən axşam saatlarında düşmən təxribatı nəticəsində həlak olan Füzuli rayonunun Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev deyib.

O, erməni işğalçılarından anasının və qızının intiqamını alacağını söyləyib: “Mən bu qanı yerdə qoymayacağam. Anamın da, qızımın da intiqamını alacağam”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46