18 may 16:57Qarabag

Ermənilər Qubadlı rayonuna yeni ailələr köçürür - VİDEO

Ermənilər Qubadlı rayonuna yeni ailələr köçürür - VİDEOİşğal altında olan Qubadlı rayonunun ən son görüntüləri yayılıb.

Missiya.Az xəbər verir ki, görüntülər rayonun Xanlıq kəndində çəkilib.

Xanlıq kəndi Azərbaycanın məşhur xalçaçılıq məntəqələrindən biridir. Burada istehsal edilən xalçalar hər zaman məşhur olmuş və öz yüksək keyfiyyəti ilə seçilib. Kənddə toxunan Xanlıq xalçası dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşıları hesab edilirdi.

Azərbaycanın cənubunda, Qubadlı rayonundan 18 km cənub – şərqdə yerləşən Xanlıq kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir.

Bu yaxınlarda Xanlıq kəndində tikilən qəsəbədə daha bir erməni ailəsini evlə təmin ediblər.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 11:01