16 may 21:52Qarabag

Ordumuz düşməni bu silahla darmadağın edib - VİDEO

Ordumuz düşməni bu silahla darmadağın edib - VİDEOÖtən gün cəbhənin Füzuli-Xocavənd istiqamətində düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Avrasiya.net 24.az-a istinadən xəbər verir ki, ordumuz düşməni “Spike” ilə məhv edib.

Erməni tərəfi də Azərbaycanın məhv etdiyi Ermənistan ordusuna məxsus OSA zenit-raket kompleksi barədə açıqlama yayıblar. Bildirilib ki, erməni separatçılarının idarə olunan raket qurğusu “Spike” vasitəsilə vurulub.

Xatırladaq ki, sözügedən silah – “Spike” hədəfi 100 faiz dəqiqliklə vuran silahdır və ondan yayınmaq mümkün deyil.

"Spike" tank əleyhinə raket kompleksi olub və Azərbaycan ordusunun arsenalına bir neçə il öncə daxil edilib. "Spike" raket kompleksi gecə və gündüz 50 metrdən 2500 m məsafəyədək yerləşən hədəfləri, zirehli texnikaları və tankları məhv etmək üçün nəzərdə tutulub. Çəkisi 22.25 kq olan bu kompleksin mərmisinin çəkisi 8.44 kq dır. Çapı 127 mm olan bu idarə olunan raket kompleksi Azərbaycanla yanaşı Çexiya, ABŞ, Avstraliya, Böyük Britaniya kimi qabaqcıl dövlətlərin silahlanmasında istifadə olunur.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 11:01