16 may 14:12Qarabag

Ekspert: Düşmənin OSA sisteminin məhv edilməsi... - VİDEO

Ekspert: Düşmənin OSA sisteminin məhv edilməsi... - VİDEOAzərbaycan Silahlı Qüvvələrinin Ermənistanın zenit-raket kompleksini yerindəcə məhv etməsi gözlənilən idi. Çünki Müdafiə Nazirliyi dəfələrlə ermənilərə xəbərdarlıq etmişdi.

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistanın hava hücumundan müdafiə qüvvələrinə məxsus OSA zenit-raket kompleksinin müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürmək cəhdlərinin qarşısının alınması və zenit-raket kompleksinin Ordumuz tərəfindən məhv edilməsi barədə danışan hərbi ekspert Üzeyir Cəfərov deyib. Ekspert Azərbaycan Müdafiə Nazirliyinin dünənki addımını yüksək qiymətləndirib:

“Nazir özü ön xətdə şəxsi heyətlə görüş zamanı bildirmişdi ki, əgər düşmənin canlı qüvvəsi və texnikası şəxsi heyətimizə hər hansı bir problem yaradarsa, dərhal məhv edilməlidir. Hesab edirəm ki, cinayətkar Serj Sərkisyan da öz dəstəsilə Xankəndinə və işğal olunmuş Azərbaycan ərazilərinə gələndə Azərbaycanın cavab tədbiri görmək haqqına sahib olduğunu anlamalıdır. Əli dinc azərbaycanlıların qanına batan və işğal olunmuş ərazilərimizə gəlməklə, ölkəmizə təhdid yaradan Sərkisyanı məhv etmək haqqımız və gücümüz vardır. Bəlkə də bu fikirlər kiməsə bir qədər radikal görünə bilər, ancaq biz beynəlxalq hüquqa riayət olunmasını tələb edirik”.

Ekspert bildirib ki, Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq, ermənilər ordumuzu dəfələrlə təxribata cəlb ediblər: “Bu baxımdan Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın zenit-raket kompleksini yerindəcə məhv etməsi gözlənilən, umulan və təqdir edilən hadisədir”.

Ekspert bildirib ki, ermənilərin OSA zenik-raket kompleksi Azərbaycanın pilotsuz uçan aparatlarına, yaxınlıqda uçan döyüş helikopter və təyyarələrinə, ümumiyyətlə, Silahlı Qüvvələrimizin ön xətdə yerləşən xeyli sayda hərbi texnika və avadanlıqlarına problem yaratmağa hədəfləmişdi:

“OSA - özüyeriyən zenit-raket kompeksidir. NATO-da da var. Adətən hərbi hissəsinin alçaqdan uçan hava hücumu silahlarından qorunmaq üçün tətbiq edilir. Düzdür, bu, köhnə kompleksdir və 60-cı illərdə layihələndirilib, 70-ci illərin əvvələrində isə orduya istifadəyə verilib. Yəni burada bir neçə raket var və vurma məsafəsi 10-12 km-dir. Hər raketin çəkisi 120-130 kq civarındadır. OSA - altı təkərli avtomobil gövdəsində olan bir zenit-raket komleksidir. Kompüter texnikasına sahibdir. Kompleksin üstünlüyü suda və çətin yerlərdə rahat şəkildə hərəkət edə bilməsidir. Kompleks nəzarətedici radarlar vasitəsilə bütün sistemi işə salır və 20-25 km arasında nə varsa, onları məhv edir”.

Ekspert bildirib ki, Azərbaycanın bu gün ən müasir və dəqiq vuran avadanlıqlara sahibdir:

“Ermənilərin OSA zenit-raket komleksini ön xəttə, görünə biləcək yerlərə çıxarması sadəcə ağılsızlıqdır. Bu, çox ciddi texnika idi və köhnə olmasına baxmayaraq, bahalıdır. Çünki radar sistemi, kompüter texnikası, raketləri də çox bahalıdır. Bu, ermənilərə yaxşı bir dərs oldu”.

Ü.Cəfərov erməni tərəfinin heç bir itkisinin olmamasına dair bəyanatını isə gülünc adlandırıb:

“Bu kompleksin idarəetməsində beş nəfər şəxsi heyət olur: sürücü, operatorlar, tuşlayıcı və s. İtkiləri gizlədirlər. Aydın məsələdir ki, İrəvan bu hərəkətinə görə cavab verməli olacaq. Ona görə də Müdafiə Nazirliyinin addımı çox düzgündür və davamı olmalıdır. Ermənilər bundan sonra da ağır zərbələr alacaqlar. Bir sözlə, Ermənistan şübhə etməsin ki, artıq səbir kasamız dolub”.

Qeyd edək ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus OSA zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.

Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ